Məhkəmə qərarları › İş №3(018)-432/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-432/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-432/2023 13.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X8, Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin nümayəndəsi X5 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X8 Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Astara rayonu Şahağacı kənd sakini X13 26 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Astara şəhəri ərazisində etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı 44BP798 dövlət qeydiyyatlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.3 və 33.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X13 22 may 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X13 izahat verərək bildirdi ki, o, Astara rayonu Şahağacı kəndində yaşamaqla, hərbiçi olmuş 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 26 aprel 2023-cü il tarixdə saat 18:20 radələrində Astara şəhəri ərazisində, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı 44BP798 dövlət qeydiyyatlı avtomobil ilə hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlatmış və ondan spirtli içki qəbul edib, etməməsini soruşmuşlar. Onlara spirtli içki qəbul etməməsini bildirmişdir. Yol polisi əməkdaşları ona spirtli içki qəbul edib, etməməsini “alkotester” vasitəsi ilə müəyyən edəcəklərini bildirmişlər. Onlara etiraz etməmiş “alkotester” cihazına üfürmüşdür. Yol polisi əməkdaşları ona sərxoş olmasını bildirib, bu barədə 26 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər və həmin protokol əsasında qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. O, isə “alkotester” cihazının nəticələri ilə razılaşmamış dərhal Astara şəhər X21 Stansiyasına müraciət etmiş və orada həkim müayinəsindən keçmişdir. Həmin həkim müayinəsinə görə isə sərxoş hesab edilməmişdir. Bu barədə 27 aprel 2023-cü il tarixli 787 saylı akt da tərtib edilmişdir. Hesab edir ki, o, əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd) manat məbləğində cərimə olunmuşdur. Odur ki, o, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, barəsində qərar çıxarılmış X8 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Belə ki, X13 26 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Astara şəhəri ərazisində, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı 44BP798 dövlət qeydiyyatlı avtomobil ilə hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlatmış və onun hərəkətləri yol polisi əməkdaşlarında şühbə yaratmasına görə ondan spirtli içki qəbul edib, etməməsini soruşmuşlar. X4 içki qəbul etməməsini bildirmişdir. Ona spirtli içki qəbul edib, etməməsini “alkotester” vasitəsi ilə müəyyən edəcəklərini bildirmişlər. X13 etiraz etməmiş və “alkotester” cihazına üfürmüşdür. “Alkotester” cihazı vasitəsi ilə X1 0,7876 promil olması müəyyən edilmişdir. Ona görə də X13 barəsində X23 Bölməsinin əməkdaşı Həmid Həmidov tərəfindən 26 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş X23 Bölməsi rəisinin 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. X8 təqdim etdiyi Astara şəhər X21 Stansiyasın 27 aprel 2023-cü il tarixli 787 saylı aktın isə heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Astara şəhər X21 Stansiyası həkiminin belə səlahiyyəti yoxdur. Astara şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə narkoloq həkim işləmir. Başqqa həkimlərin isə belə bir səlahiyyətləri yoxdur.Ona görə də X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən şahid Astara şəhər X21 Stansiyasının həkimi X18 məhkəmə iclasında göstərdi ki, X13 26 aprel 2023-cü il tarixdə saat 19:25 radələrində onlara müraciət edərək sərxoşluğunu müəyyən edilməsi üçün müraciət etmişdir. O, narkoloq həkim olmasa da və ona sərxoşluğunu müəyyən edilməsi səlahiyyəti verilməməsinə baxmayaraq, X7 qan analizi götürmədən, “Alkotester” cihazından istifadə etmədən onu müracət etmiş xəstə qismində müayinə etmiş və sərxoş olmaması qərarına gəlmişdir. Ona görə də 27 aprel 2023-cü il tarixli 787 saylı aktı tərtib etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin əməkdaşı X11 məhkəmə iclasında göstərdi ki, X13 26 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Astara şəhəri ərazisində, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı 44BP798 dövlət qeydiyyatlı avtomobil ilə hərəkətdə olarkən onu saxlatmışlar və onun hərəkətləri onlarda şühbə yaratmasına görə ondan spirtli içki qəbul edib, etməməsini soruşmuşlar. X4 içki qəbul etməməsini bildirmişdir. Ona spirtli içki qəbul edib, etməməsini “alkotester” vasitəsi ilə müəyyən edəcəklərini bildirmişlər. X13 etiraz etməmiş və “alkotester” cihazına üfürmüşdür. “Alkotester” cihazı vasitəsi ilə X1 0,7876 promil olması müəyyən edilmişdir. Həminvaxtı onlar tərəfindən aparılmış vidroçəkiliş zamanı X3 olması aşkar edilir və o, avtomobili sərxoş idarə etməsini etiraf etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin əməkdaşı X9 da, şahid X11 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə şikayət vermiş şəxs X8, Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin nümayəndəsi X5 habelə şahidlərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş “Alcovisor-Yupiter X” markalı xüsusi texniki vasitənin (“Alkotester” cihazı) seriya nömrəsi 93002665, qeydiyyat nömrəsi 00658 olan sənədindən məlum olur ki, X8 26 aprel 2023-cü il tarixdə saat 18:05 radələrində xüsusi texniki vasitəsinə 2,048 saniyə üfürməsi nəticəsində onun qanında alkoqolun konsentrasiyası 0,7876 promil olmuşdur. İş materiallarına əlavə olunmuş Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin 26 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, X13 26 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Astara şəhəri ərazisində, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı 44BP798 dövlət qeydiyyatlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin rəisinin 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. İş materiallarına əlavə olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə olan 27 aprel 2023-cü il tarixli 787 saylı aktdan məlum olur ki, X13 26 aprel 2023-cü il tarixdə saat 19:25 radələrində Astara şəhər X21 Stansiyasının həkimi X18 tərəfindən, hər hansı xüsusi texniki vasitədən istifadə edilmədən və hər hansı analiz götürülmədən vizual müayinə edilmiş və onun sərxoş olmaması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- səksən manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-ci maddəsinin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi Astara rayonu Şahağacı kənd sakini X13 26 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində Astara şəhəri ərazisində etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı 44BP798 dövlət qeydiyyatlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Belə ki, “Alcovisor-Yupiter X” markalı xüsusi texniki vasitə (“Alkotester” cihazı) ilə X8 26 aprel 2023-cü il tarixdə saat 18:05 radələrində qanında alkoqolun konsentrasiyası 0,7876 promil olmuşdur. Buna görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 33.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə həmçini hesab edir ki, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə olan 27 aprel 2023-cü il tarixli 787 saylı aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, həmin vaxtı X2 olmayan şəxs tərəfindən, hər hansı xüsusi texniki vasitədən istifadə edilmədən və hər hansı analiz götürülmədən vizual müayinə edilmiş, müayinə nəticəsində onun sərxoş olmaması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X8 şikayəti əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X8 Astara Rayon Polis Şöbəsinin, X23 Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar