Məhkəmə qərarları › İş №3(018)-433/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-433/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-433/2023 05.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X2 qəbul etdiyi MN ******* nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə cərimə edilmişdir. X4 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 11 may 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 bildirdi ki, o, İİ qrup əlildir, heç bir işlə məşğul ola bilmir. Buna baxmayaraq barəsində 12 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki o, heç bir qanunsuz hərəkət etməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X3 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X5 tərəfindən 11 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Halbuki onun heç bir təqsiri olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiklərindəm Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 11 may 2023-cüil tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X2 qəbul etdiyi MN ******* nömrəli, 11 may 2023-cüil tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. İşin sadalanan hallları əsas götürən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi üçün əsaslar mövcud olmadığına görə şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 şikayəti təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X3 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 11 may 2023-cüil tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar