Məhkəmə qərarları › İş №3(018)-435/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-435/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-435/2025 20.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahid oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Astara rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Astar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Polis Şöbəsindən daxil olmuş 02 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Astara rayonunun Maşxan kəndindən Pensər kəndi istiqamətidə hərəkətdə olarkən Təngərüd kəndi ərazisində anidən avtomobilin idarə etməsini itirirək əks istiqamətli hərəkət zolağına çıxarmış, əks istiqamətli hərəkət zolağında öz hərəkət yolunda hərəkətdə olan “VAZ-21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi arasında toqquşmuş, nəticədə “VAZ-21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarəti almış və hər iki avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini bildirərək məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, 15 aprel 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonunun Təngərüd kəndində öz hərəkət yolunda hərəkətdə olan zaman anidən qarşısına “KİA RİO” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxmış, nəticədə onun və avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarəti almış və hər iki avtomobilə maddi zərər dəymişdir. Hazırda Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Hazırda Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də Astara Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 25 aprel 2025-ci il tarixli, 100 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sol gicgah, sağ diz qapağı nahiyyərində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunun xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 05 may 2025-ci il tarixli, 107 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində - sol diz qapağının açıq yerdəyişmiş sınığı, sağ diz qapağı nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında» 15 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi və onun cinayət məsuliyyətindən azad olunması, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun həmin maddə ilə inzibati məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin DYPB-yə göndərilmişdir. Astara RPŞ-nin DYPB-nin dövlət avtomobil müfəttişi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 02 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Astara rayonu Təngərüd kəndi ərazisində anidən avtomobilin idarə etməsini itirirək əks istiqamətli hərəkət zolağına çıxarmış, əks istiqamətli hərəkət zolağında öz hərəkət yolunda hərəkətdə olan “VAZ-21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi arasında toqquşmuş, nəticədə “VAZ-21013” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarəti almış və hər iki avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar