Məhkəmə qərarları › İş №3(018)-440/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-440/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-440/2023 24.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəfəqəddin oğlunun iştirakları ilə, xx.xx.1976-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara şəhəri S.Vurğun küçəsi ev 271-də qeydiyyatda olan və yaşayan Şəxs Şəfəqəddin oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük idarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şəfəqəddin oğluna 04 may 2023-cü il tarixdə “Mersede Benz” markalı **-BJ- ***/**-ZA-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına “Kafel” yükü gətirilmişdir ki, həmin yükə gömrük yoxlanması zamanı onda bəyan edilməli olan və gömrük nəzarətindən gizlədilmiş qısa idxal bəynnaməsində qeyd olunmayan üzərində “Mersede Benz” markalı **-BJ-***/**-ZA-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı şkafda 20 (iyirmi) qutu “winston” markalı, və 10 (on) qutu olmaqla 01 (bir) blok “marlboro” markalı və yük nəqliyyat vasitəsinin qoşqusunda olan yeşikdə hər birində 10 (on) qutu olmaqla 05 (beş) blok “manchster” siqaretləri aşkar edilmişdir ki, bununla da Şəxs Şəfəqəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 may 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Şəfəqəddin oğlu izahatında göstərdi ki, ona 04 may 2023-cü il tarixdə ““Mersede Benz” markalı **-BJ-***/**- ZA-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına “Kafelı” yükü gətirmişdir ki, həmin yükə gömrük yoxlanması zamanı nəqliyyat vasitəsini qısa idxal bəynnaməsində qeyd olunmayan yük nəqliyyat vasitəsinin kabinasındakı şkafda 20 (iyirmi) qutu “winston” markalı, və 10 (on) qutu olmaqla 01 (bir) blok “marlboro” markalı və yük nəqliyyat vasitəsinin qoşqusunda olan yeşikdə hər birində 10 (on) qutu olmaqla 05 (beş) blok “manchster” siqaretləri aşkar olunmuş həmin predmetlər araşdırma ilə əlaqədar götürülmüşdür. Barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə protokol üzrə həmin maddənin sanksiyasında nəzərdə tutlmuş müsadirə tənbehinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəfəqəddin oğlunun qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Şəfəqəddin oğlundan aşkar edilərək götürülmüş üzərində 20 (iyirmi) qutu “winston” markalı, və 10 (on) qutu olmaqla 01 (bir) blok “marlboro” markalı və yük nəqliyyat vasitəsinin qoşqusunda olan yeşikdə hər birində 10 (on) qutu olmaqla 05 (beş) blok “manchster” siqaretləri gömrük postunun anbarına müvəqqəti saxlanca verilmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli 19/534 №-li ekspertiza rəyindən görünür ki, Şəxs Şəfəqəddin oğluna göndərilmiş aşkar edilərək götürülmüş üzərində “20 (iyirmi) qutu “winston” markalı, və 10 (on) qutu olmaqla 01 (bir) blok “marlboro” markalı və yük nəqliyyat vasitəsinin qoşqusunda olan yeşikdə hər birində 10 (on) qutu olmaqla 05 (beş) blok “manchster” siqaretlərin dəyəri 230 (iki yüz otuz) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəfəqəddin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şəfəqəddin oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Şəfəqəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan və Astara Gömrük postunun inzibati binasında yerləşən anbarda saxlanılan 20 (iyirmi) qutu “winston” markalı, və 10 (on) qutu olmaqla 01 (bir) blok “marlboro” markalı və yük nəqliyyat vasitəsinin qoşqusunda olan yeşikdə hər birində 10 (on) qutu olmaqla 05 (beş) blok “manchster” siqaretləri dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar