Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-441/2024 06.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, X1 Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Çayoba kənd sakini X3 məhkəməyə Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətində o, həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 məhkəməyə ünvanladığı şıkayət ərizəsində göstərmişdir ki, o, Astara rayonu Çayoba kəndində yaşayır. Azərbaycan Respublikasının qanunlarına riayət edir. O, Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə olunmağı barədə məktubunu almışdır. Lakin o, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 590.1-ci maddəsi ilə onun barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən 50 (əlli) manat məbləğində cərimənin ləğv edilməsi barədə məhkəmənin qərar qəbul etməsini xahiş etmişdir. Astara Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Astara Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə X1 iştirakı ilə baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından məlum olur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən 50 (əlli) manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X1 İJ-58 markalı 16 çaplı 7689 nömrəli q/e ov tüfəngi vardır və o, Azərbaycan ovçular və balıqçılar cəmiyyətinin üzvü olmaqla 2008-2019-cu illər ərzində üzvlük haqqını ödəmişdir. Şikayətə əlavə edilmiş şəkillərdən görünür ki, X1 İJ-58 markalı 16 çaplı 7689 nömrəli q/e ov tüfəngi qıfılla kilidlənən dəmir qutuda saxlanılır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Astara rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Astara rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Astara Rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-441/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-441/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver