Məhkəmə qərarları › İş №3(018)-441/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-441/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-441/2025 23.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi və Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:45də ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi Vaz 21074 markalı, 07BK971 dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Kolatan kənd yolunda hərəkətdə olarkən əks hərəkət zolağından Astara rayon, Kolatan kənd sakini Şəxs məxsus 1 (bir) iri buynuzlu heyvanının nəzarətsiz olmaqla asfalt örtüklü yola qəflətən çıxması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Astara RPŞ-nin DYPB-nin, DAM, polis kapitanı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs məhkəmə iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir.İş materiallarından məlum olur ki, məhkəmə bildirişi Şəxs çatdırılmış və məhkəmənin vaxtı bir dəfə təxirə salınmışdır.Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:45 radələrində idarə etdiyi Vaz 21074 markalı, 07BK971 dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Kolatan kənd yolunda hərəkətdə olarkən əks hərəkət zolağından Astara rayon, Kolatan kənd sakini Şəxs məxsus nəzarətsiz iri buynuzlu heyvanlar dalaşan zaman onun avtomobilinə maddi ziyan vurmuşlar. Heyvanların sahibi Şəxs onunla razılaşaraq oğlunun yanına getməsini və dəymiş maddi ziyanı ödəyəcəklərini bildirmələrinə baxmayaraq onun oğlu razı olmamış və dəymiş ziyanı ödəməyəcəyini bildirmişdir. İş materiallarında olan 177870 nömrəli xx.xx.2025-ci il tarixli aktdan və hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “sol qabaq qanad”, “Qapı sol qabaq”, “Qapı sol dal” “Ayaqaltı sol” maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Yol-nəqliyyat sxemindən görünür ki, Şəxs məxsus bir baş iri buynuzlu ağ-qara rəngdə olan heyvan, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə xəsarət yetirmişdir. İş materiallarında olan CD diskdən görünür ki, Şəxs iribuynuzlu heyvanların ona məxsus olmasını və nəzarətsiz halda asfalt örtüklü yola ötürməsini təsdiq edir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, akt, fotoşəkil, CD, zərərçəkmiş şəxsin izahatı və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində göstərilmişdir ki, At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni; 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlarla (video çəkiliş ,hadisə yerinin sxemi,foto çəkillər,baxış aktı və sair) müəyyən olundu ki, Şəxs iri buynuzlu mal qaranı nəzarətsiz şəkildə asfalt örtüklü yola buraxmışdır. Nəticədə ona məxsus mal qara zərərçəkmiş şəxsə məxsus nəqliyyat vasitəsinə sol böyür tərəfdən toxunaraq maddi zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar