Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-444/2023 12.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 24 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyevin MN ******* nömrəli nömrəli, 24 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X5 göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyevin MN ******* nömrəli nömrəli, 24 avqust 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə guya Astara rayonu Alaşa kənd ərazisində bir ədəd palıd cinsli ağacın bir neçə budağını budayıb deyə İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. Astara rayon Alaşa kəndi ərazisində Astara rayon XDS İcrayyə Komitəsinin 15 aprel 1992-ci il tarixli 2 saylı iclas qərarına əsasən Səncərədi Subtropik bitkilər sovxozunun xx.xx.1992-ci il tarixli 52 saylı əmrilə ona fərdi yaşayış evi tikməkdən ötrü 0.6 hektar həyətyani torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikib ailə üzüvləri ilə orada yaşayır. Mülkiyyətində olan həyətyani torpaq sahəsində mandarin, apelsin və limon ağacları əkmişdir. Sitrus ağaclarını kol basdığına görə təmizləmə işləri aparmışdır. O, cümlədən həyətində olan sitrus və meyvə ağaclarında budama aparmışdır. Yabani ağaclar sitrus ağaclarının inkişafına maneçilik etdiyi üçün budama işləri aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının həyətinə gəlmələrini və ümumiyətlə həyətinə baxış keçirmələrini görməmişdir. Bundan başqa həyətində əkdiyi sitrus ağaclarının inkişafına maneçilik törədən ağaclar meşə fonduna aid deyildir, bələdiyyə torpağıdır. Hesab edir ki, əməlində inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiklərindəm Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə X3 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Astara rayon Artupa bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Alaşa kənd sakini X5 1992-ci ildən sözü gedən həyətyanı torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi tikmiş və həmin təsərufatda bugünə qədər müxtəlif növdə sitrus və meyvə ağacları əkmişdir. Hal-hazırda həmin həyətdə yaşayır. Artupa bələdiyyəsində vergi ödəyicisi kimi qeydə alınmışdır. Yaşadığı təsərufatda sitrus ağaclarına mane olan yabani şəkildə bitən tikanlı yemişan və palıd ağaclarında budama işləri aparmışdır. Budama işləri görülən həmin ağacların bir hissəsi vətəndaşın həyətyanı torpaq sahəsinə keçmişdir və sitrus ağaclarının inkişafına maneçilik yaratmışdır, sözü gedən torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 24 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 24 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-444/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-444/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver