Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-444/2025 11.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Astara RPŞ-nin DYPB-nin, DAM-i, polis kapitanı X1, barəsində inzibati icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs və qanuni nümayəndəsi X3 iştirakları ilə, xx xxxxxx 2008-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN (xxxxxxx), subay, orta-təhsilli, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, 09 iyun 2025-ci il tarixdə saat 00:30 radələrində Astara rayonu, Səncərədi kənd sakini Şəxs sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi Mersedes E220 markalı, 77CE372 dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Pensər kənd yolunda idarə edərkən, qarşısında eyni istiqamətdə hərəkətdə olan ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Elantra markalı 77FY928 dövlət qeydiyyat nişanlı avtomobillə arxadan vuraraq maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Astara RPŞ-nin DYPB-nin, DAM, polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 iyun 2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin DYPB-nin, DAM-i, polis kapitanı X5 izahatında göstərmişdir ki, Şəxs atası X4 məxsus “Mersedes E220” minik markalı **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Astara rayonu, Pensər kəndində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı 77FY928 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq toqquşmuş və nəticədə avtomobilə maddi ziyan yetirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, Şəxs avtomobili nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 09 iyun 2025-ci il tarixdə saat 00:30 radələrində marketə getmək üçün atası X2 77CE372 dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. Astara rayonu, Pensər kəndində idarəetməni itirib “Hyundai” minik markalı 77FY928 nömrəli avtomobilin arxa hissəsi ilə yüngül toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobillə digər nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməsinə və ehtiyatsızlıqdan ziyan vurmasına görə əməlindən peşman olduğunu qeyd edərək barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Astara RPŞ-nin DYPB-nin, DAM-i, polis kapitanı X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 2008-ci il təvəllüdlü Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan 177891 nömrəli xx.xx.2025-ci il tarixli aktdan və hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, Hyundai Elantra markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa buferinə maddi ziyan dəymişdir. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 nəqliyyat vasitəsini Şəxs idarəetmək üçün verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinə əsasən 180 manat məbləğində cərimə edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-444/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-444/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver