Məhkəmə qərarları › İş №3(018)-445/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-445/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-445/2023 03.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə ofeliya Cavad qızının katibliyi, şikayət vermiş şəxs X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi V.İ.E şəxsin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayətçi X6 tərəfindən verilmiş şikayətə Astara Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi V.İ.E şəxsin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı iclasında 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunmuşdur ki, X6 idarə etdiyi YMZ markalı dövlət nömrə nişanı olmayan traktorun yük yerində 3 kub metr qumu dəniz sahilində yükləyib, yerin təkindən istifadə qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətini müdafiə edərək göstərdi ki, subaydı və Astra rayonu Şahağacı kəndində yaşayır. Gələcəkdə evlənmək məqsədi ilə həyətlərində əlavə fərdi yaşayış evi tikmişdir. Bu məqsədlə o, idarə etdiyi YMZ markalı dövlət nömrə nişanı olmayan traktorun yük yerində 3 kub metr qumu dəniz sahilində müvafiq icazə almadan yükləyib, evlərinə apararkən yolda onu Əmlak Məsəlləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Sonra 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları onunla görüşmüşlər. Onlar tərəfindən izahatı alınmış hüquq və vəzifələri izah edilmiş, akt və 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O da həmin sənədləri imzalamışdır. Sonra isə o, 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi X2 izahat verərək bildirdi ki, X4 Xəzər Dənizinin sahilindən müvafiq icazə olmadan idarə etdiyi YMZ markalı dövlət nömrə nişanı olmayan traktorun yük yerində 3 kub metr qumu daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 27 aprel 2023-cü il tarixdə Astra rayonu Şahağacı kəndində getmişlər və məlum olmuşdur ki, həqiqətəndə X4 Xəzər Dənizinin sahilindən müvafiq icazə olmadan idarə etdiyi YMZ markalı dövlət nömrə nişanı olmayan traktorun yük yerində 3 kub metr qumu daşımışdır. Ona görədə bu barədə X4 iştirakı ilə müvafiq akt tərtib olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, izahatı alınmış, onun iştirakı ilə 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonra isə həmin protokola 11 may 2023cü il tarixdə baxılacağı barədə məlumat verilmişdir. 11 may 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin səlahiyyətli şəxsi tərəfindən X4 iştirakı ilə 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən X4 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X5 həmin qərarın surəti göndərilmişdir. Odur ki, o, şikayətin rədd edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görəfiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X4 barəsində olan 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan görünür ki, X6 AR İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X6 özü də məhkəmə iclasında həmin inzibati xətanı törətməsini etiraf etmişdir. Şikayətçi qərardan narazı olduğunu bildirsə də, inzibati xətanı istisna edən hər hansı bir sübut növünə istinad etməmişdir. Məhkəmədə həmçinin o da müəyyən edildi ki, X6 həqiqətəndə X4 Xəzər Dənizinin sahilindən müvafiq icazə olmadan idarə etdiyi YMZ markalı dövlət nömrə nişanı olmayan traktorun yük yerində 3 kub metr qumu daşımışdır. Materiala əlavə edilmiş sənədlərdən məlum olur ki, X4 iştirakı ilə müvafiq akt tərtib olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, izahatı alınmış, onun iştirakı ilə 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonra isə həmin protokola 11 may 2023-cü il tarixdə baxılacağı barədə məlumat verilmişdir. 11 may 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin səlahiyyətli şəxsi tərəfindən X4 iştirakı ilə 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən X4 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X7 tərəfindən ona 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokol, 11 may 2023-cü il tarixli MN ******* nömrəli qərarın, lazımı sənədlərin surəti ona göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdə X4 istinad etdiyi halları və etirazlarını əsaslandıran sübutları olmadığından qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi V.İ.E şəxsin 11 may 2023-cü il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar