Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-447/2023 03.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, EQ 14656147 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, EQ 14656147 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Astara şəhər sakini X2 23 may 2023-cü il tarixdə saat 23:44-də Astara şəhər H.Əliyev küçəsində idarə etdiyi “VAZ 21074 MİNİK” markalı 44BK131 dövlət qeydiyyatlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 329.1 maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 30 may 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, EQ 14656147 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 şikayət ərizəsindən məlum olur ki, Astara rayonunda yaşamaqla, “VAZ 21074 MİNİK” markalı 44BK131 dövlət qeydiyyatlı avtomobili idarə edir. O, həmişə avtomobili təhlükəsizlik kəmərini bağlamaqla idarə etmişdir. Ancaq buna baxmayaraq Azərbaycan Respublikası Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, EQ 14656147 saylı inzibati tənbeh vermə haqqında qərar əsasən o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi səbəbindənAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməməsi səbəbi ilə qırx manat məbləğində cərimə edilmişdir. Odur ki, o, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vermiş şəxs X1 izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, EQ 14656147 saylı inzibati tənbeh vermə haqqında qərardan və fotaşəkillərdən məlum olur ki, Astara şəhər sakini X2 23 may 2023-cü il tarixdə saat 23:44-də Astara şəhər H.Əliyev küçəsində idarə etdiyi “VAZ 21074 MİNİK” markalı 44BK131 dövlət qeydiyyatlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi Astara şəhər sakini X2 23 may 2023-cü il tarixdə saat 23:44-də Astara şəhər H.Əliyev küçəsində idarə etdiyi “VAZ 21074 MİNİK” markalı 44BK131 dövlət qeydiyyatlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli, EQ 14656147 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-447/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-447/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver