Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-451/2024 27.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X3 qəbul etdiyi MN ******* nömrəli, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. X4 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 20 may 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 bildirdi ki, barəsində tərtib edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, bundan əvvəl eyni əmələ görə xx.xx.2024-cü il tarixli MN-1438219 nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 247.2-ci maddəsilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən Qərar əsassız olduğundan Astara rayon məhkəməsinə şikayət etmişdir. Astara rayon məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(018)-52/2024 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN-1438219 nömrəli qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Lənkəran Ərazi İdarəsinə qaytarılması qərar almışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi İdarəsinin müdir əvəzi məhkəmənnin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)- 91/2024-cü il tarixli Qərarı ilə şikayət təmin edilməmiş, Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(018)-52/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Ə.M.D.X-nin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsinin icra edən Kənan Quliyev məhkəmənin qərarda qeyd etdiyi nöqsanları aradan qaldırılmadan yenidən yeni 20 may 2024-eü il tarixdə barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Mənim onun əməlində qanun pozuntusu yoxdur. O, hər hansı İnzibati Xəta törətməmişdir. Mülkiyyətində olan torpaq sahəsi ilin bütün fəsillərində su altında olur. Həmən torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərmək mümkün deyildir. Bu hal nəzərə alınmamışdır. Barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 20 may 2024-cü il tarixli MN ******* nömrəli qərar əsassız olduğundan ləğv edilməli, əməlində İnzibati xəta hadisənin tərkibi olmadığı üçün işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X3 qəbul etdiyi MN ******* nömrəli, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. İşin sadalanan hallları əsas götürən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi üçün əsaslar mövcud olmadığına görə şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 şikayəti təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-451/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-451/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver