Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-456/2025 19.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəzadə Zahid Zahir oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Astara rayonu, Pəlikeş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Astara rayonu, Pəlikəş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 17 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. 17 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-121/2024 saylı, 27 mart 2024-cü il tarixli icra sənədinin icrasından yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 6080 manat məbləğində borcu vardır. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)-121/2024 saylı, 27 mart 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs hazırda 6080 manat borcu vardır. Qərəzli şəkildə borcun ödənilməsindən yayındığından barəsində protokol tərtib edilmişdir. Borclu aliment məbləğindən 500 manat məbləğində ödəniş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs hazırda şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda icra sənədi üzrə borcundan 500 manat ödəniş etmişdir. Qalıq borcunu da hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Astara rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 17 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Astara Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-456/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-456/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver