Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-458/2024 13.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1300/012/001208 saylı raportun icrası ilə əlaqədar araşdırma aparılaraq müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı “AA7697- 95/Y630MX-67” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “--” saylı CMR-ə və “14” nömrəli İnvoysa əsasən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikası Astara şəhərindən Rusiya Federasiyası Moskva şəhərinə “badımcan” yükü apararkən, xx.xx.2024cü il tarixdə, saat təqribən 11 radələrində Astara Gömrük idarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Yoxlama xəttində “Volvo” markalı “AA7697-95/Y630MX-67” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Şəxs ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və va bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuşdur. Sürücü Şəxs idarə etdiyi yük nəglivvat vasitəsində gadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və va bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra Şəxs idarə etdiyi “Volvo” markalı “AA7697-95/Y630MX-67” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsi ərazisindəki “HCVC” markalı rentgen qurğusundan keçirilmiş, nəqliyyatbvasitəsinin kabinəsində şübhəli cizgilər müşahidə edildiyindən Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı “AA7697-95/Y630MX- 67” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı Şəxs idarə etdiyi “Volvo” markalı “AA7697-95/Y630MX-67” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində-yatağ yerinin arxa hissəsindəki boşluqdakı ədyalın altında şəffaf rəngli sellofan torbanın içərisində üzrərində “Masport 500” yazısı olan 40 (qırx) ədəd qutuda dərman preparatı aşkar edilmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Şəxs və Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Astara Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədiqata təqdim edilmiş 1 ədəd üzərində “Masport 500 X1 Type A Toxin-haemagglutininn Complex 500 Units/vial” yazıları olan dərman preparatının (kosmetik vasitə botoks) Azərbaycan Respublikası ərazisində yerləşən apteklərdə satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədiqata təqdim edilmiş 40 ədəd üzərlərində “Masport 500” göstəricili qutularda flakonlardakı toz və məhlullar 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların küllü miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X2 anbarında saxlanılan üzərində “Masport 500 X1 Type A Toxin-haemagglutininn Complex 500 Units/vial” yazıları olan 40 ədəd qutuda dərman preparatı (kosmetik vasitə botoks) dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-458/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-458/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver