Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-46/2025 16.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Astara rayon Notariat ofisinin xüsusi notariusu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş İdarəsi, Notariat idarəsinin rəisi, baş ədliyyə müşaviri X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün iş materialları protokol ilə birlikdə Astara rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü ildə həmin ofisdə etibarnamə rəsmiləşdirərkən müştəri uyğunluğu tədbirlərini həyata keçirməməklə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınmışdır.Belə ki, vətəndaş X2 Astara rayon Notariat ofisinin xüsusi notariusu Şəxs hərəkətləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş şikayətinin araşdırılması nəticəsində İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilmişdir. Belə ki, K.Hacıyeva ünvan 2 ünvanında yerləşən 382 kv.m qeyri yaşayış sahəsini satmaq istəmiş, bununla bağlı sənədlərini daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərə vermiş, onun adına naməlum şəkildə şəxsiyyət vəsiqəsi hazırlanmış və xx.xx.2024-cü il tarixdə Astara rayon Notariat ofisinin xüsusi notariusu Şəxs tərəfindən sonuncu sənəd əsasında K.Hacıyevanın adından bütün əmlakı üzərində idarəetmə və sərəncam səlahiyyətinin X3 verilməsinə dair etibarnamə rəsmiləşdirilmişdir. Şəxs əmlak üzərində idarəetmə və sərəncam səlahiyyətinin verilməsinə dair etibarnamə rəsmiləşdirərəkən etibar edənin eyniləşdirmə məlumatlarının verifikasiyasını aparmamış və müştəri uyğunluğu tədbirlərini həyata keçirməmiş və qeyd olunan inzibati xətanə törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan Xalid Məmmədov adlı şəxs X5 şəxsiyyət vəsiqəsini ona təqdim edərək həmin şəxsin Astara Gömrük postunda işlədiyini, hər dəfə notariat ofisinə gələ bilmədiyini, adından X4 etibarnamə vermək istədiyini bildirdi. O, da şəxsiyyət vəsiqəsini qəbul edərək Astara rayon notariat ofisinin aparıcı mütəxəssisi olan Nicat Ələkbərova təqdim edərək etibarnaməni tərtib etməyi tapşırmışdır. Şəxsiyyət vəsiqəsini qəbul edib onun üzərində müşahidə apararkən dövlət atributlarına (xəritə, mədəniyyət abidələri) və eyni zamanda çipin olubolmadığına fikir verməmişdir. Lakin, X7 özünü qrimləyərək oxşadan bir şəxs həmin gün deyil, növbəti gün saat 12:00-dan sonra ofisə yaxınlaşmış və onlarda onu X7 oxşadaraq etibarnaməni təsdiq etmişdir. X5 etibarnamədə etdiyi imzası ilə şəxsiyyət vəsiqəsində olan imzasını eyniləşdirməmişdir. Etdiyi xətanı başa düşür, bir daha bu və bu kimi hallara yol verməyəcəyinə söz verir. Əməlindən peşmandır. Göstərdiklərini nəzərər alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi, Notariat idarəsinin səlahiyyətli nümayəndəsi məhkə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. İşə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş İdarəsi, Notariat idarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması mümükün hesab edilməlidir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Astara rayon Notariat ofisinin xüsusi notariusu Şəxs xx.xx.2024-cü ildə həmin ofisdə etibarnamə rəsmiləşdirərkən müştəri uyğunluğu tədbirlərini həyata keçirməməklə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınmışdır. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki,X1 X11 etibarnamə vermişdir. İş materiallarında olan Astara rayon Notariat ofisinin xüsusi notariusu Şəxs izahatından görünür ki, Astara rayon Notariat ofisinin xüsusi notariusu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmişdir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materiallarında olan sübutlarla, o cümlədən, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsin 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsin 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri –cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-46/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-46/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver