Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-462/2024 13.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə X1 EQ21419991 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon Ərçivan qəsəbəsində yaşayan X3 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21419991 saylı elektron qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdi ki, Azərbaycan Respublikası Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev güya təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə xx.xx.2024-cü il tarixli EQ 21419991 nömrəli Elektron Qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, idarə etdiyi VAZ-2106 minik markalı 99 КС 487 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 241.1 kilometrliyində 28 may 2024-cü il tarixdə saat 18:49 radələrində olmamış, hər hansı inzibati xəta törətməmişdir. Çəkilən fotodakı maşın onun idarə etdiyi avtomaşın deyildir, bu texniki səhvdir. Bu səhv araşdırılmadan cərimə olunmuşdur. Ümumiyyətlə maşını idarə etmir, necə olur ki, foto şəkil çəkilmişdir, eyni nömrədə olan maşındır. Fotoşəkildə göstərilən avtomaşında olan bəzi avtomaşın hissələri idarə etdiyi avtomaşın hissələri ilə fərqi vardır. Bir daha qeyd edir ki, hər hansı inzibati qaydanı pozmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. DİN BDYPl-nin Mərkəzi Məlumat Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 21419991 saylı Elektron Qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ21419991 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Astara rayon Ərçivan qəsəbə sakini X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024cü il tarixli 481ECC0A28108458 nömrəli fotoşəkildən görünür ki, “99KC487” dövlət qeydiyyat nişanlı “VAZ2106” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, həmçinin işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxs X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21419991 saylı inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2024-cü il tarixli 481ECC0A28108458 nömrəli fotoşəkillərdən görünür ki, Astara rayon Ərçivan qəsəbə sakini X3 28 may 2024-cü il tarixdə saat 18:49-da Bakı-Qazax yolunun 241.1 km-də “99KC487” dövlət qeydiyyat nişanlı “VAZ2106” minik avtomobilini təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə- qırx manat məbləğində cərimə edilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Astara rayon Ərçivan qəsəbə sakini X1 Azərbaycan Respublikası Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21419991 saylı elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 122.7, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Astara rayon Ərçivan qəsəbə sakini X1 Azərbaycan Respublikası Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21419991 saylı elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-462/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-462/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver