Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-470/2025 21.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Müdafiəçi- Astara rayon Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 24 sentyabr 1994-cü il tarixdə Astara rayonu Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Fin 6XAVVFHA) X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Astara Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(018)-895/2023 saylı icra sənədinə əsasən Şəxs 03 fevral 2023cü il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq hər ayın 27-si ərizəçi Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin Şəxs aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Astara Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(018)-895/2023 saylı icra sənədinə əsasən Şəxs 03 fevral 2023-cü il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq hər ayın 27-si ərizəçi Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borclu müvafiq icra sənədi üzrə tələbkarın xeyrinə qeyri müntəzəm ödəniş etməklə hazırda borcu 1702 manat təşkil edir. Borclu aliment məbləğindən hazırda 500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Onun səhətində yaranmış problemlər səbəbindən aliment borcu yığılmışdır. Hazırda icra sənədi üzrə borcundan 500 manat ödəniş etmişdir. Qalıq borcunu da hər ay 100 manat olmaqla hissə-hissə ödəyəcəyinə söz verir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Astara Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(018)-895/2023 saylı icra sənədinə əsasən Şəxs 03 fevral 2023-cü il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq hər ayın 27-si ona ödənilməsi qət edilmişdir. Borclu ona ödəməli olduğu aliment məbləğini ödəmədiyindən hazırda 1702 manat aliment borcu yığılmışdır. Borclu həmin icra sənədi üzrə borcundan məhkəmədən öncə 500 manat ödəniş etmişdir. O borcunun tam ödənilməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(018)-895/2023 saylı icra sənədindən görünür ki, Şəxs 03 fevral 2023-cü il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq hər ayın 27-si ona ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 06 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Astara Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(018)-895/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. İcra işində olan qəbzlərdən görünür ki, bu günədək Şəxs tərəfindən tələbkara 21 iyun 2025-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru Şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş və ödənilməyən məbləğdən hazırda 500 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında səhətində yaranmış problemlər səbəbindən alimenti ödəyə bilmədiyini, mütəmadi olaraq az məbləğlərdə də olsa aliment ödənişi etdiyini, bu gün isə 500 manat ödəniş etdiyini, rəsmi iş yerinin olmadığını bildirmiş və göstərilən xüsusatlar icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş aliment borcu məbləğindən 500 manat məbləğində ödəniş etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli və üzürsüz xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, hazırda rəsmi iş yerinin olmamasına baxmayaraq aliment məbləğində ödənişlər etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə aliment məbləğinin qismən də olsa ödəməsi təmin olunduğundan, onun tam məbləği ödəyə bilməməsinin səbəbi maddi imkansızlığından irəli gəldiyindən və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-470/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-470/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver