Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-476/2025 07.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə İran İslam Respublikasında anadan olan, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası Tehran şəhəri, Məhəllatiküçəsi 196 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən 25 iyun 2025-ci il tarixli 00400-00578/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi "Volvo" markalı 31AB641/31AB642 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən "DP25-002" nömrəli İnvoysa əsasən "kərə yağı" yükü apararkan xx.xx.2025-ci il tarixdə, saat təqribən 14 radələrində Astara keçid məntəqəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı "Volvo" markalı 31AB641/31AB642" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü İran İslam Respublikası vətəndaşı X3 ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onda mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra Şəxs əl yüklərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdır. Yoxlama zamanı Şəxs idarə etdiyi yük dartıcının yuxarı lyuk hissəsində yerləşdırılmış pərdənin arxasında qalan boşluqdan "Mond" markalı 10 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, umumilikdə 100 qutuda 2000 ədəd siqaret aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol ilə razı olduğunu bildirərək, barəsində yübgül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təqribən 14 radələrində Astara keçid məntəqəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı "Volvo" markalı 31AB641/31AB642" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü İran İslam Respublikası vətəndaşı X3 ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onda mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra Şəxs əl yüklərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdır. Yoxlama zamanı Şəxs idarə etdiyi yük dartıcının yuxarı lyuk hissəsində yerləşdırılmış pərdənin arxasında qalan boşluqdan "Mond" markalı 10 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, umumilikdə 100 qutuda 2000 ədəd siqaret aşkar edilmişdir. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs izahatında bildirmişdir ki, təqribən 20 (iyirmi) il olar ki, sürücü işləyir. Ökələrarası yük daşımaları ilə məşğul olur. İdarə etdiyi "Volvo" markalı "31A8641/31A8642" dövlet qeydiyyat, nisanlı yük nəqliyyat vasitəsi Mirpul adlı şəxsə məxsusdur. Təqribən 7 (yeddi) gün əvvəl İran İslam Respublikasında mal müşayiət sənədlərinə əsasən idara etdiyi yük nəqliyyat vasitəsinə kərə yağı yükü yükləyərək həmin yükü Rusiya Federasiyasına daşımaq məqsədi ilə yola çıxmışdır. xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Volvo" markalı "31AB641/31A8642" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitasi ilə İran-Azərbaycan sərhədini keçib Astara Gömrük İdarəsinə gəlmişdir. O Astara Gömrük İdarəsində bir qədər növbədə gözlədikdən sonra saat təqribən 14 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə daxil olmuşdur. Həmin vaxt orada xidmət aparan gömrük işçisi ondan şifahı olaraq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş va ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətinə bəyan edilməli olan, eyni zamanda gömrük nəzarətindən gizlədilmiş hər hansı bir şeylər olub-olmadığını soruşmuşdur. O isə belə predmetlərin olmadığını bildirmiş və sənədləri təqdim etmişdir. Daha sonra gömrük işçisi ona bildirmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcək və bu məqsədlə 2 (iki) nəfər şahid dəvət edib onların iştirakı ilə onun maşınını yoxlamağa başladılar. Yoxlama zamanı dartıcının yuxarı lyuk hissəsində yerləşdirilmiş pərdənin arxasında qalan boşluqdan, gömruk nəzarətindən gizlətdiyi siqaretlər aşkar edilmişdir. Sonra həmin siqaretlər oradan çıxarıldı, baxıldı, sayıldı və "Mond markalı 10 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, Ümumilikdə 100 qutuda 2000 ədəd filterli siqaret olduğu məlum olmüşdur. 20 iyun 2025-ci il tarixli, 05-L nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim olunmuş "Mond" markalı 10 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla, umumilikdə 100 qutuda 2000 ədəd siqaretlərin xx.xx.2025-ci il tarixinə uyğun ayrılıqda və ümumi orta bazar qiyməti 210 manatdır. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin anbarında saxlanılan ümumi dəyəri 210 manat 10 blok (20 qutu) “Mond” markalı siqaret müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-476/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-476/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver