Məhkəmə qərarları › İş №3(018)-482/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-482/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-482/2023 05.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, 25 aynvar 1986-cı ildə Astara rayonu Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağayev X4 rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 2(018)-1130/2015 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 06 iyun 2009-cu il təvəllüdlü Ağayeva Mail qızının və 23 sentyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 iyun 2015-ci il tarixindən hesablanmaqla Şəxs hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment X3 ödəməlidir. Astara rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(018)-591/2018 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 95 (doxsan beş) manat olmaqla cəmi hər ay 190 (bir yüz doxsan) manat məbləğində alimentin alınması müəyyən edilmişdir. Borclu Şəxs hər iki qətnamə və icra vərəqəsinə əsasən aliment borcunu ödəmədiyindən onun hal-hazıra 15371 (on beş min üç yüz yetmiş bir) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 09 aprel 2023cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 2(018)- 1130/2015 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 06 iyun 2009-cu il təvəllüdlü Ağayeva Mail qızının və 23 sentyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 iyun 2015-ci il tarixindən hesablanmaqla ondan hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment X3 ödəməlidir. Astara rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(018)- 591/2018 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 95 (doxsan beş) manat olmaqla cəmi hər ay 190 (bir yüz doxsan) manat məbləğində alimentin alınması müəyyən edilmişdir. Ümumilikdə 15371 (on beş min üç yüz yetmiş bir) manat aliment borcu yaranmışdır. Lakin işləmədiyi, maddi imkanı aşağı olduğu üçün borcunu ödəməmişdir. Borcunu tez bir zamanda ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Astara rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 2(018)-1130/2015 saylı və 05 sentyabr 2018-ci il tarixli, 2(018)-591/2018 saylı qətnamələrinə və icra icra sənədləri icraata daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Şəxs halhazırda X3 15371 (on beş min üç yüz yetmiş bir) manat aliment borcu yaranmışdır. Borclu Şəxs heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İş materillarında olan Astara rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 2(018)-1130/2015 saylı qətnaməsi və icra vərəqəsindən məlum olur ki, Şəxs 06 iyun 2009cu il təvəllüdlü Ağayeva Mail qızının və 23 sentyabr 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 iyun 2015-ci il tarixindən hesablanmaqla ondan hər ay, hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment X3 ödəməlidir. Astara rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(018)-591/2018 saylı qətnaməsi və icra vərəqəsindən məlum olur ki, Astara rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 2(018)-1130/2015 saylı qətnaməsi və icra vərəqəsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 95 (doxsan beş) manat olmaqla cəmi hər ay 190 (bir yüz doxsan) manat məbləğində alimentin alınması müəyyən edilmişdir. İş materillarında olan bildirişlər və icraata başlamaq haqqında qərarlardan məlum olur ki, Astara rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli, 2(018)-1130/2015 saylı və 05 sentyabr 2018-ci il tarixli, 2(018)-591/2018 saylı qətnamələrinin icraya yönəldilmiş Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş alimenti vaxtında ödəməli olması izah edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 05 iyun 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar