Məhkəmə qərarları › İş №3(018)-487/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-487/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-487/2024 07.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi, Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1948-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, ünvan 1 ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Astara RPŞ-da polis işçisinin ictimai qaydanı mühavizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 07 iyun 2024-cü il tarixdə, saat 15:30 radələrində Astara RPŞ-nin inzibati binasında dəfələrlə rayon polis şöbəsinə və DİN-in 102 xidmətinə etmiş olduğu müraciətlərlə əlaqədar Astara RPŞ-ya dəvət olunaraq onunla bu istiqamətdə söhbətlər aparılarkən Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 qanuni tələblərinə əməl etməmiş, Cavid Əlizadə onu nizam-intizama dəvət etməyinə baxmayaraq, onun və digər polis əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının və onların ailə üzvləinin ünvanına nalayiq söyüşlər söymüşdür. Bir daha onu nizam-intizama dəvət etməsinə baxmayaraq, təkrarən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahatında bildirdi ki, 07 iyun 2024-cü il tarixdə, saat 15:30 radələrində Astara RPŞ-nin PPXB-nin manqa komandirləri Fərşid Məmmədli, Elvin Qasımzadə və İTB-nin sahə polis nəfəri, polis serjantı Fərid Həmidov ilə xidmətdə olduğu zaman Astara şəhər sakini Şəxs DİN-in 102 xidmətinə dəfələrlə əsassız yerə qərəzli şəkildə etmiş olduğu müraciətləri ilə əlaqədar olaraq sonuncu Astara RPŞ-ya dəvət olunaraq onunla bu istiqamətdə profilaktik söhbətlər aparılarkən, deyilən iradları qəbul etməyərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Astara RPŞ-nin İTB-nin rəisi Şahin Osmanovun, digər polis əməkdaşlarınımn, özünün və ailə üzvlərinin ünvanına söyüş xarakterli ifadələr işlətmişdir. Polis əməkdaşları ona etdiyi hərəkətin inzibati xəta olmasını izah edib nizamintizama dəvət etməyinə baxmayaraq aqressiv şəkildə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan əlavə Şəxs DİN-in 102 xidmətinə etdiyi əsassız zənglər ilə əlaqədar barəsində protokol tərtib olunmuş, Astara rayon Məhkəməsinin 3(018)-469/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə 200 manat cərimə olunmuşdur. Həmin zaman ona etdiyi hərəkətin inzibati xəta olmasını izah edib nizam-intizama dəvət etməyinə baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla bağlı raportla şöbə rəhbərliyinə məruzə olunmuş və sonuncu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, barəsində tərtib olunmuş protokol üzrə özünü təqsirli bilmir, o heç kəsə nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. O, DİNin 102 xidmətinə etdiyi müraciət ilə əlaqədar Astara RPŞ-ya dəvət olunmuşdur. Daha sonra barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan əlavə onu da qeyd etdi ki, 03 iyun 2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng etdiyi üçün polis şöbəsinə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardadn narazı qaldığından apellyasiya şikayəti vermişdir. Odur ki, barəsində tərtib olunmuş protokol üzrə təqsirli bilmir və inzibati protokolun icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X4 izahatında bildirdi ki, 07 iyun 2024-cü il tarixdə, saat təxminən 15:30 radələrində Astara RPŞ-nin PPXB-nin manqa komandirləri Fərşid Məmmədli, Elvin Qasımzadə və İTB-nin sahə rəisi, polis baş leytenantı Cavid Əlizadə ilə xidmətdə olduğu zaman Astara şəhər sakini Şəxs DİN-in 102 xidmətinə dəfələrlə əsassız yerə qərəzli şəkildə etmiş olduğu müraciətləri ilə əlaqədar olaraq sonuncu Astara RPŞ-ya dəvət olunaraq onunla bu istiqamətdə profilaktik söhbətlər aparılarkən, deyilən iradları qəbul etməyərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Astara RPŞ-nin İTB-nin rəisi Şahin Osmanovun özünün və ailə üzvlərinin ünvanına qarğış xarakterli ifadələr işlətmişdir. Polis əməkdaşları ona etdiyi hərəkətin inzibati xəta olmasını izah edib nizam-intizama dəvət etməyinə baxmayaraq aqressiv şəkildə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Şöbəyə dəvət olunan zaman şikayətlərinin səbəbini soruşduqda “Qardaşlar” marketinin qarşısında duran avtomobillərin parklanmasına etiraz etdiyini bildirmiş və həmin nəqliyyat vasitələrinin orada dayanmasına etirazını bildirdiyini qeyd etmişdir. Bundan əlavə Şəxs DİN-in 102 xidmətinə etdiyi əsassız zənglər ilə əlaqədar barəsində protokol tərtib olunmuş, Astara rayon Məhkəməsinin 3(018)-469/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə 200 manat cərimə olunmuşdur. Həmin zaman ona etdiyi hərəkətin inzibati xəta olmasını izah edib nizam-intizama dəvət etməyinə baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla bağlı raportla şöbə rəhbərliyinə məruzə olunmuş və sonuncu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara RPŞ-nin PPXB-nin manqa komandirləri polis baş serjatnı X5 və X2 oğlu Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 və Astara RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan Astara rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 3(018)- 469/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinəəsasən inzibati xəta törətmişşəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinəşüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun təqaüdçü olmasını nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar