Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-488/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2 və 535.1-ci maddələri ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə Astara rayon Lovayın kəndində müxtəlif vaxtlarda kənd məscidində azyaşlı uşaqları və digər şəxsləri toplayaraq dini yığıncaqlar təşkil etməklə qanunla mçüəyyən edilmiş qaydaları pozaraq inzibati xəta törətmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Astara RPŞ-nin inzibati binasının girişində polis əməkdaşlarının qanuni tələblərini qəsdən pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara RPŞ-i tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 515.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-488/2023 nömrəli iş bir icraatda 3(018)-489/2023 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 515.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 488/2023 nömrəli iş bir icraatda 3(018)-489/2023 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-488/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-488/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver