Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-489/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyyədin oğlunun sədrliyi, hakim köməkçisi X9 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Astara rayon Deqədi kənd orta məktəbində müəllim işləyən, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 535.1-ci maddələri ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs 05 iyun 2023-cü il tarixdə, saat 14:30 radələrində barəsində araşdırma ilə əlaqədar Astara RPŞ-nin giriş qapısında şöbəyə dəvət edilməsinə etiraz edərək da uca səslə ünvansız nalayiq ifadələr işlətməklə polisin tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Astara rayon Lovayın kəndində müxtəlif vaxtlarda kənd məscidində azyaşlı uşaqları və digər şəxsləri toplayaraq dini yığıncaqlar təşkil etməklə qanunla mçüəyyən edilmiş qaydaları pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verib göstərdi ki, o, Astara rayonu, Lovayın kəndində yaşayır. Astara rayon Deqədi kənd orta məktəbində fiziki tərbiyyə müəllimi işləyir. Dərsdən sonra Lovayın kənd məscidində namaz qılmağa gedir. Məsciddə olduğu zaman 3 oğlu və yaxın qohumalarının uşaqları ilə birlikdə namaz qılır. Namaz qıldıqdan sonra uşaqlara həm tərbiyəvi, həm də vətənpərvərlik söhbətləri aparır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində barəsində araşdırma ilə əlaqədar Astara RPŞ-yə çağırılmışdır. Astara RPŞ-nin giriş qapısında onu şöbəyə dəvət edilməsinə etiraz edib, uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Əsəbi olduğu üçün intizamsızlıq etmişdir. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir . Məhkəmə iclası zamanı Astara RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X5 vermiş olduğu izahatında göstərdi ki, 05 iyun 2023-cü il tarixdə, saat 14:30 radələrində Astara rayonu, Kijəbə qəsəbə sakini Şəxs barəsində araşdırma ilə əlaqədar şöbəyə dəvət olnmuşdur. Şəxs Astara RPŞ-nin inzibati binasının giriş qapısında şöbəyə dəvət olunmasına etiraz edərək uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs tərəfindən intizama dəvət edilsə də o, söyüş söyməyə davam etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Astara RPŞ-nin PPXB-nin polis serjantı X1 Cabir Rza şahid Astara RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X5 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, Astara rayonun, Ojakəran kəndində yaşayır. 2016-cı il avqust ayından bu günə qədər Astara rayon Lovayın kənd məscidində İmam kimi işləyir. Məscidə olduğu vatda Şəxs həqarətləri ilə üzləşib. Şəxs məsciddə işləməsinə imkan vermir. Şəxs öz ətrafına bir qrup insanları yığaraq dini təbliğatlar aparır. Odur ki, onun barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə işə baxılan zaman inzibati xəta tərətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, təqsirinin dərəcəsini, qərəzli olmasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 05 iyun 2023-cü il tarixdən, saat 17:00-da hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-489/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-489/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver