Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-5/2024 11.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, FİN: 111YZJE, ünvan 1 ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdim: İnzibati xəta törədən şəxs Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat təxminən 16:30 radələrində özünəməxsus olan “Part Love” mağazasında satışı qadağan olunmuş pirotexniki vasitələri satmışdır ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verib göstərdi ki, o, Astara şəhəri, S.Vurğun küçəsi, ev 98 ünvanında ailəsi ilə birlikdə yaşayır. 27 dekabr 2023cü il tarixdə, saat təxminən 16:30 il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları ona məxsus mağazaya gələrək pirotexniki vasitə satdığını, bu səbəbdən mağazaya keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək, mağazaya baxış keçirilməsinə icazə vermişdir. Daha sonra izahat alınması üçün Astara RPŞ-nin inzibati binasına dəvət olunmuşdur. O, heçkimə pirotexniki vasitə satmamışdır. Göstərilənlərin nəzərə alınamsını məhkəmədən xahiş etdi. İş materiallarında olan fotoşəkildən görünür ki, Şəxs məxsus mağazadan pirotexniki vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxsnın Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə işə baxılan zaman inzibati xəta tərətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan 1 (bir) qutu pirotexniki vasitələr müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinərək, pirotexniki vasitələr müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-5/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-5/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver