Məhkəmə qərarları › İş №3(018)-501/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-501/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-501/2025 22.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 28 may 2025-ci ildə saat 15 radələrində yeni Ələt-Astara-İran sərhədi avtomobil yolunun Astara rayon Ərçivan qəsəbə ərazisindən keçən 201-ci km-də, 1976-cı il təvəllüdlü, Astara rayonu Qum küçəsi ev 159-da yaşayan Şəxs idarə etdiyi Vaz 21061 minik markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Astara rayon istiqamətdə saatda təxminən 90 km sürətlə sağ zolaqla hərəkətdə olarkən bir anlıq sükan arxasında yatmış, bu zaman avtomaşının sağ təkəri yolun sağ ehtiyyat hissəsinə çıxmış, həmin anda öz yoluna qayıtmaq məqsədi ilə avtomaşının sükanını sola doğru istiqamətləndirib manevrə etmiş, nəticədə idarə etdiyi "Vaz 21061" minik markalı avtomaşın yolun sol hissəsində olan beton təhlükəsizlik sədlərinə çırpılmaqla aşmışdır. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, özünə məxsus Vaz 21061 minik markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşını, olmaqla həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 28 may 2025-ci ildə saat 15 radələrində idarə etdiyi "Vaz 21061" minik markalı avtomaşınla Ələt-Astara-İran sərhədi yolu ilə Astara rayon istiqamətdə saatda 90 km sürətlə hərəkətdə olduğu zaman Astara rayon ərazisində ani olaraq sükan arxasında yuxuladığından avtomaşının idarəetməsini itirmiş, bu zaman sükanı sola doğru istiqamətləndirməklə manevrə etmişdir. Lakin idarə etdiyi avtomaşın yolun sol hissəsinə çıxmaqla beton təhlükəsizlik sədlərinə çırpılmaqla aşmışdır. Hadisə zamanı avtomaşında olan oğlu İsmayıl ilə birgə xəsarət aldığından Astara RMX-na müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, habelə onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin sənədlərini tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 28 may 2025-ci ildə saat 15 radələrində yeni Ələt-Astara-İran sərhədi avtomobil yolunun Astara rayon Ərçivan qəsəbə ərazisindən keçən 201-ci km-də, 1976-cı il təvəllüdlü, Astara rayonu Qum küçəsi ev 159-da yaşayan Şəxs idarə etdiyi Vaz 21061 minik markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Astara rayon istiqamətdə saatda təxminən 90 km sürətlə sağ zolaqla hərəkətdə olarkən bir anlıq sükan arxasında yatmış, bu zaman avtomaşının sağ təkəri yolun sağ ehtiyyat hissəsinə çıxmış, həmin anda öz yoluna qayıtmaq məqsədi ilə avtomaşının sükanını sola doğru istiqamətləndirib manevrə etmiş, nəticədə idarə etdiyi "Vaz 21061" minik markalı avtomaşın yolun sol hissəsində olan beton təhlükəsizlik sədlərinə çırpılmaqla aşmışdır. Hadisə nəticəsində avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 131 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alt çənə nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törəmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişin olduğu minik avtomaşını beton sədlərə çırpılması zamanı avtomaşın salonun qabarıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs qızının məsuliyyətində ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Şəxs qızının məsuliyyətində yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar