Məhkəmə qərarları › İş №3(018)-502/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-502/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-502/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Zərərçəkmiş Azərbaycan Avtomobil X3 “7№-li X1” MMC-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Astara rayon Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 7№-li X1 MMC-də fəhlə, orta təhsilli, Astara rayon Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Astara RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Avtomobil X3 “7№-li X1” MMC-nə məxsus 82 manat dəyərində qoruyucu zolaqları oğurlamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 7№-li X1 MMC-də fəhlə işləyir və dövlət əmlakı olan 01 ədəd dirək və 10 m çəpər setkasını daha sonra istifadə etmək məqsədilə saxlamaq üçün X2 icazəsi ilə yaşadığı evə gətirmişdir. Həmin əmlakdan yaşadığı evin həyətinin çəpərlənməsində istifadə etmiş, dəymiş zərəri 7№-li X1 MMC-nə ödəmişdir. Barəsində inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş Azərbaycan Avtomobil X3 “7№-li X1” MMC-nin nümayəndəsi X4 bildirdi ki, Şəxs Azərbaycan Avtomobil X3 “7№-li X1” MMC-nə dəymiş zərəri ödəmişdır. Onun barəsində inzibati icraata xitam verilməsini xahiş edir, şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, Şəxs qarşı şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibatixəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Şərh edilənləri və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını və zərə rçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar