Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-503/2025 14.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokolu tərtib edən şəxs- X1, Zərərçəkən şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Astara rayonu Pəlikəş kəndind anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Astara rayonu Pəlikəş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta hadisəsi barədə protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi LADA 21214 LEGEND markalı, **-XR-*** d/q nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbə yolunda idarə edərkən, qarşısında eyni istiqamətdə hərəkətdə olan Astara rayonu, Səncərədi kənd saknini Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi Hyundai SANTA FE markalı, **-BE-*** d/q nişanlı avtomobillə düzgün ara məsafəsi seçməmiş və nəticədə maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmədə protokolu tərtib edən şəxs X2 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi LADA 21214 LEGEND markalı, **-XR-*** d/q nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbə yolunda yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona elan olunmuş inzibati xətada özünü təqsirli bilərək göstərdi ki, əməlindən peşmandır və bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi LADA 21214 LEGEND markalı, **-XR-*** d/q nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbə yolunda idarə edərkən onun etibarnamə ilə idarə etdiyi Hyundai SANTA FE markalı, **-BE-*** d/q nişanlı avtomobillə düzgün ara məsafəsi seçməmiş və nəticədə maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə ona maddi ziyan vurmuşdur. Ziyanı tələb edir.Hazırda Şəxs şikayətçi deyil. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları aşkar etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 332.4-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 332.4, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-503/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-503/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver