Məhkəmə qərarları › İş №3(018)-504/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-504/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-504/2025 14.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Astara rayonu, Siyaku kəndində yaşayan Şəxs barəsində Astara rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən erdi: xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-799/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbini tam təmin etməkdən qərəzli yayınmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, maddi imkanı zəif olduğundan, icra sənədini tam icra edə bilməmişdir. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-799/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, X2 məxsus olan cehiz əmlakları-Masallı istehsalı Elitdən qonaq otağı üçün 1 ədəd servant (iki qapılı), 1 ədəd servant (bir qapılı). 2 ədəd komud. 1 eded böyük stol, 6 ədəd stul (bir komplekt) ağ krem rəngli, qiyməti 3500 manat, Masallı istehsalı Elitdən yataq otağı üçün 1 ədəd taxt (matrasla birlikdə), 1 ədəd termo, 2 ədəd tumba. 1 ədəd şfaner pup (bir komplekt) ağ krem rəngli, şifoner( dörd qapılı), televizor altı (ağ-krem rəngli), künc divanı, yazı mizi qiyməti 3500 manat, Masallı İstehsalı mətbəx mebel dəsti qiyməti 1000 manat, xalça 2x5, 2 ədəd, 1 ədədin qiyməti 300 manat, cəmi 600 600 manat, xalça 3x2, 2 ədəd 1 ədədin qiyməti 100 manat, cəmi 200 manat, televizor 1 ədəd qiyməti 550 manat, lüstür 4 ədədin qiyməti 1200 manat 3 ədədin qiyməti 80 manat, cəmi 360 manat, tozsovuran 1 ədəd qiyməti 140 manat, qaz sobası 1 edəd, qiyməti 180 manat, moyka 1 ədəd qiyməti 60 manat, paltaryuyan maşın "Toşiba" 1 ədəd qiyməti 800 manat, çörək bişirən 1 ədəd qiyməti 100 manat, yemək qızdıran 1 ədəd qiyməti 100 manat, Dividi 1 ədəd qiyməti 60 manat, samovar 1 ədəd qiyməti 100 manat, gaz peçi 1 ədəd qiyməti 160 manat, pərdə günlüklə bir yerdə 5 ədəd, qiyməti 500 manat, qarniz 1 ədəd qiyməti 25 manat, yorğan 3 ədəd, 1 ədədin qiyməti 60 manat, cəmi qiyməti 180 manat, döşək 3 ədəd, 1 ədədin qiyməti 80 manat, cəmi qiyməti 240 manat, (paduşka) 10 ədəd. 1 ədədin qiyməti 45 manat, cəmi qiyməti 450 manat, (pastel) 4 ədəd. 1 ədədin qiyməti 25 manat, cəmi qiyməti 100 manat, nimdar 12 ədəd. 1 ədədin qiyməti 5 manat, cəmi qiyməti 60 manat, yorğan dəsti 2 ədəd. 1 ədədi qiyməti 95 manat, cəmi qiyməti 190 manat, (pakraval) 2 ədəd. 1 ədədin qiyməti 45 manat, cəmi 90 manat, ət çəkən maşın 1 ədəd qiyməti 120 manat, blender 2 ədəd, 1 ədədin qiyməti 40 manat, cəmi 80 manat, qazan 2 dəst, 1 dəstin qiyməti 80 manat, cəmi 160 manat, çuqun vedrə 1 ədəd, qiyməti 20 manat, bıçaq dəsti 1 ədəd qiyməti 40 manat, mətbəxt naboru 1 ədəd qiyməti 25 manat, qəfadan 1 ədəd qiyməti 35 manat, kafeyni servis 3 dəst, 1 dəstin hafi 45 manat, cəmi qiyməti 135 manat, bulud 5 ədəd, 1 ədədin qiyməti 5 manat,cəmi qiyməti 25 manat, böyük qazan 1 ədəd qiyməti 35 manat, kofşun 2 ədəd. 1 ədədin mati 25 manat, cəmi qiyməti 50 manat, servis 1 ədəd qiyməti 60 manat, sufra dadin a qiyməti 45 manat, divar kuklası, 4 ədəd, 1 ədədin qiyməti 40 manat, fredd 160 manat, tək kravat 1 ədəd, qiyməti 200 manat, dəyəri 2000 manat olan bir destina Stehsallı, əyarı 585, ümumi çəkisi 20.0 qram komplekt (bir ədəd boyunbağı kolye, bir ədəd üzük, bir ədəd bilərzik və bir cüt sırğa) sadə qaşlı gəlin dəsti, dəyəri 250 manat olan bir ədəd 585 əyarlı, 3.0 qram çəkidə sadə qaşlı tək qaş qadın nişan üzüyü, dəyəri manat olan bir ədəd 583 əyarlı, 2.2 qram çəkidə tarakan üzük, dəyəri 120 manat olan bir adəd 585 əyarlı, 1.6 qram çəkidə paxlava üzük, dəyəri 160 manat olan bir ədəd 585 ayarlı, 1.8 qram çəkidə üçqaş üzük, dəyəri 180 manat olan 585 əyarlı, 2.0 qram çəkidə bir cüt sırğa, dəyəri 3000 manat olan 585 əyarlı, 30.0 qram çəkidə boyunbağı (yolka- kolye), dəyəri 300 manat olan 585 əyarlı, 4.9 qram çəkidə bilərzik, əşyalar olmadıqda dəyəri, ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 70 isə vetmiş) manat məbləğdə pul vəsaiti cavabdehlər X3 və Şəxs alınıb X2 verilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar