Məhkəmə qərarları › İş №3(018)-505/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-505/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-505/2025 14.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Astara rayonu, Siyakü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 14 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. 14 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, Əliyev X11 Apellyasiya Məhkəməsinin 2(106)-799/2024 saylı, 29 may 2024-cü il tarixli icra sənədinin icrasından qərəzli yayınmaqla tam icra etməmişdir. Məhkəmə iclasında Astara rayon icra və probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-799/2024 saylı, 29 may 2024-cü il tarixli icra sənədinə əsasən X6 məxsus icra sənədində adları göstərilmiş cehiz əmlakları və qızıl-zinət əşyalarının cavabdehlər Şəxs və X2 alınıb X6 verilməsi qət edilmişdir. İcra sənədi Astara rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq icra tədbirləri gürülmüşdür. Borclu həmin icra sənədini tam şəkildə icra etməmişdir. Hazırda borclu icra sənədinin icrasından qərəzli yayınır. Ona görə də borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu, yalnız hər ay 500 manat ödəniş edəcəyi halda icra sənədinin hisə-hissə icra edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədində göstərilən cehiz əmlaklarının tələbkara təhvil verildiyini, qızıl-zinət əşyalarının isə onda olmadığını, lakin, məhkəmə qərarı olduğu üçün həmin borcdan 200 manat ödəniş etdiyini, bundan sonra isə hər ay hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə razılaşmamaqla aşkarcasına icraya mane olmuş, etinasızlıq göstərmişdir. Bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-799/2024 saylı, 29 may 2024-cü il tarixli icra sənədindən görünür ki, X7 məxsus olan cehiz emlakları-Masallı istehsalı Elitdən qonaq otağı üçün 1 ədəd servant (iki qapılı), 1 ədəd servant (bir qapılı), 2 ədəd komud, 1 ədəd böyük stol, 6 ədəd stul (bir komplekt) ağ krem rengli, qiyməti 3500 manat, Masallı istehsalı Elitdən yataq otağı üçün 1 ədəd taxt (matrasla birlikdə), 1 ədəd termo, 2 ədəd tumba, 1 ədəd şfaner pup (bir komplekt) ağ krem rəngli, şifoner dörd qapılı), televizor altı (ag-krem rengli), künc divanı, yazı mizi qiyməti 3500 manat, Masallı İstehsalı metbex mebel dəsti qiyməti 1000 manat, xalça 2x5, 2 eded, 1 ədədin qiyməti 300 manat, cəmi 600 manat, xalça 3x2, 2 ədəd 1 ədədin qiyməti 100 manat, cəmi 200 manat, televizor 1 ədəd qiymati 550 manat, lüstür 4 ədədin qiyməti 1200 manat 3 ədədin qyməti 80 manat, cəmi 360 manat, tozsovuran 1 ədəd qiyməti 140 manat, qaz sobası 1 ədəd, qiyməti 180 manat, moyka 1 ədəd qiyməti 60 manat, paltaryuyan maşın "Toşiba" 1 eded qiyməti 800 manat, çörək bişirən 1 ədəd qiyməti 100 manat, yemək qızdıran 1 ədəd qiyməti 100 manat, Dividi 1 ədəd qiyməti 60 manat, samovar 1 ədəd qiyməti 100 manat, qaz peçi 1 ədəd qiyməti 160 manat, pərdə günlüklə bir yerdə 5 ədəd, qiyməti 500 manat, qarniz 1 ədəd qiyməti 25 manat, yorğan 3 ədəd, 1 ədədin qiyməti 60 manat, cəmi qiyməti 180 manat, döşək 3 ədəd, 1 ədədin qiyməti 80 manat, cəmi qiyməti 240 manat, (paduşka) 10 eded, 1 ədədin qiyməti 45 manat, cəmi qiyməti 450 manat, (pastel) 4 ədəd, 1 ədədin qiyməti 25 manat, cəmi qiyməti 100 manat, nimdar 12 ədəd, 1 ədədin qiyməti 5 manat, cəmi qiyməti 60 manat, yorğan dəsti 2 ədəd, 1 ədədi qiyməti 95 manat, cəmi qiyməti 190 manat, (pakraval) 2 ədəd, 1 ədədin qiyməti 45 manat, cəmi 90 manat, et çəkən maşın 1 ədəd qiyməti 120 manat, blender 2 ədəd, 1 ədədin qiyməti 40 manat, cəmi 80 manat, qazan 2 dest, 1 dəstin qiyməti 80 manat, cəmi 160 manat, çuqun vedrə 1 ədəd, qiyməti 20 manat, bıçaq dəsti 1 ədəd qiyməti 40 manat, mətbəxt naboru 1 ədəd qiyməti 25 manat, qəfadan 1 ədəd qiyməti 35 manat, kafeyni servis 3 dəst, 1 dəstin qiyməti 45 manat, cəmi qiyməti 135 manat, bulud 5 ədəd, 1 ədədin qiyməti 5 manat cəmi qiyməti 25 manat, böyük qazan 1 ədəd qiyməti 35 manat, kofşun 2 ədəd, 1 ədədin qiymati 25 manat, cəmi qiyməti 50 manat, servis 1 ədəd qiymet 60 manat, süfrə 3 ədəd, cəmi qiyməti 45 manat, divar kuklası, 4 ədəd, 1 ədədin qiyməti 40 manat, cəmi qiymeti 100 manat, tək kravat 1 ədəd, qiyməti 200 manat, dəyəri 2000 manat olan bir dəst İtaliya istehsallı, ayarı 585, ümumi çəkisi 20.0 qram komplekt (bir ədəd boyunbağı kolye, bir ədəd üzük, bir ədəd bilərzik və bir cüt sırğa) sadə qaşlı gəlin dəsti, dəyəri 250 manat olan bir ədəd 585 əyarlı, 3.0 qram çəkidə sadə qaşlı tək qaş qadın nişan üzüyü, dəyəri 160 manat olan bir ədəd 583 ayarlı, 2.2 qram çəkidə tarakan üzük, dəyəri 120 manat olan bir ədəd 585 əyarlı, 1.6 qram çəkidə paxlava üzük, dəyəri 160 manat olan bir ədəd 585 ayarlı, 1.8 qram çəkidə üçqaş üzük, dəyəri 180 manat olan 585 ayarlı, 2.0 qram çəkidə bir cüt sırğa, dəyəri 3000 manat olan 585 əyarlı, 30.0 qram çəkidə boyunbağı (yolka-kolye), dəyəri 300 manat olan 585 əyarlı, 4.9 qram çəkidə bilərzik, əşyalar olmadıqda isa dəyəri, ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat məbləğdə pul vəsaiti cavabdehlər Şəxs və X2 alınıb X6 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-799/2024 saylı, 29 may 2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs verdiyi izahatından görünür ki, o, həmin izahatında icra sənədindən xəbərdar olduğunu göstərmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun,qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar