Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-511/2025 21.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Astara Rayon Polis X4 Polis Bölməsinin DAM-i, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Astara rayonu, Siyəkü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında İXP ******* saylı, 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 iyul 2025-ci il tarixdə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ-21231 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Siyəkü kənd yolunda idarə edərkən, qarşısında yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan Astara rayonu Miki kənd sakini Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi VAZ-21214 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən ötərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Astara Rayon Polis X4 Polis Bölməsinin DAM-i, polis kapitanı X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sürücülük hüququ və etibarnaməsi olmadan avtomobili idarə etmiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində digər avtomobilin sahibinə maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 19 iyul 2025-ci il tarixdə özünə məxsus VAZ-21214 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara rayonu, Siyəkü kənd yolunda dayanmış vəziyyətdə olan zaman Şəxs idarə etdiyi VAZ-21231 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun sağ tərəfindən ötərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə ona məxsus VAZ-21214 markalı, **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hazırda Şəxs şikayətçidir və qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 19 iyul 2025-ci il tarixdə sürücülük hüququ və adına olan müddəti bitmiş etibarnamə ilə idarə etdiyi VAZ-21231 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Siyəkü kənd yolunda idarə edərkən, qarşısında yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan Astara rayonu Miki kənd sakini Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi VAZ-21214 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən ötərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Əməlindən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Ona görə barəsində yüngül cəza təyinb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında İXP ******* saylı, 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 iyul 2025-ci il tarixdə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ-21231 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Siyəkü kənd yolunda idarə edərkən, qarşısında yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan Astara rayonu Miki kənd sakini Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi VAZ- 21214 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən ötərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında İXP ******* saylı, 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında TP ******* saylı, 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilər 40 manat miqdarında cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli 907 Avtoservisin baxış aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ-21214 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də həmin hal öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-511/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-511/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver