Məhkəmə qərarları › İş №3(018)-514/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-514/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-514/2023 22.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 13629513 nömrəli, 23 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 13629513 nömrəli, 23 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X6 bildirdi ki, xx.xx.2023-ci il tarixdə idarə etdiyi "Mersedes-Benz" **-SM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yol hərəkət qaydalarının tələblərini pozduğuna görə barəsində EQ13629513 nömrəli elektron protokol tərtib edimişdir. xx.xx.2023-cü il tarixdə 9 AZN cərimə borcunu ödəməyinə baxmayaraq, üzərinə 4.10 AZN faiz hesablanaraq ümumi məbləğ 13.10 AZN olmuşdur .EQ13629513 üzrə Aərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən barəsində tətbiq edilmiş cəriməni 2 ay müddətində ödəmədiyi kimi hesablayaraq Məcəllənin 150.11-ci madəsinə əsasən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanması barədə qərar qəbul edilmişdir. İdarə etdiyi "Mersedes- Benz” **-SM-*** dövlət qeydiyyat nişanlı avtomaşının EQ13629513 nömrəli elektron qərarı üzrə 4.10 AZN faiz borcunun silinməsi və nəqliyyat vasitəsinin saxlanması barədə qərara xitam verilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, məhkəmə iclasına Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə X3 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan EQ 13629513 nömrəli, 23 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsinin saxlanılması barədə qərardan çıxarışdan görünür ki, **-SM-*** d/q nişanlı avtomobil BDYP-nin mühafizə olunan duracağına yerləşdirilməlidir. İş materialında "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, X4 məxsus kart vasitəsi ilə EQ13629513 nömrəli elektron protokola əsasən 09 (doqquz) manat məbləğdə pul xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş, X4 məxsus olan "Mersedes-Benz.C180 minik"markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanması barədə, 12 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş, X4 məxsus olan "Mersedes-Benz.C180 minik"markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanması barədə, 12 iyun 2023-cü il tarixli qərar ləğv edilsin. İş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar