Məhkəmə qərarları › İş №3(018)-514/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-514/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-514/2024 04.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsinin Qida Təhlükəsizliyinin nümayəndəsi X12 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X11 tərəfindən Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Astara rayonun Kijəbə qəsəbə sakini X2 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X11 ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona qanunda müəyyən edilmiş müddətdə təqdim edilməmiş və həmin qərardan 11 iyun 2024-cü il tarixdə məlumatı olmuşdur. Bu barədə Astara rayon icra və probasiya şöbəsinə cərimənin ödənilməsi ilə bağlı çağırılanda məlumatı olmuş və 12 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinə müraciət etmiş, 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surəti ona təqdim edilmişdir. Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin qərar ona inzibati xətalar məcəlləsində müəyyən edilmiş vaxtda verilməmiş və bunlara görə 1500 manat cərimə edilməsindən xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinə müraciət etmiş, 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, İXM-nin 447.0.3-cü maddəsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyətə görə cərimə müəyyən edilmiş və tərəfindən hansı standartların və normativ sənədlərin tələblərinin pozulmasına məlum qərarda aydınlıq gətirilməmişdir. Qərarda göstərilənlər normativ hüquqi sənədlərlə əsaslandırılmamış, onların hüquqi əsasları göstərilməmişdir. Bu barədə hər hansı sübuta istinad edilməmişdir, qərarda göstərilmiş halların hansı normativ sənədə görə inzibati məsuliyyət yaratması əsaslari məlum deyildir. Halbuki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqaninın müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarinda) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəlləilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab olunduğu halda fəaliyyəti vəzifəli şəxs kimi qiymətləndirilmiş və bunların hüquqi əsaslarıda məlum deyil. Sahibkarlıq fəaliyyəti vəzifəli şəxs fəaliyyəti hesab edilməsini əsaslandıran hüquqi əsaslar məlum deyil. Həmin hallara qərarda aydınlıq gətirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Konstitusiya Məhkəməsinin mövqeyinə görə sahibkarlıq fəaliyyəti vəzifəli şəxs kimi qiymətləndirilməməli və vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməyi qanunsuz və əsassiz hesab edir. Şəxsin hərəkətlərində ictimai münasibətlərə qəsd formasında ifadə olunan davranışı müəyyən edilmirsə onun hərəkətlərində inzibati xəta tərkibinin bütün əlamətləri və baş vermiş hadisədə inzibati xəta hadisəsi mövcud olmur ki, bu hal da şəxsin inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. AR İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadliqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Qeyd olunan prinsiplərinə əsasən inzibati xətaya görə inzibati tənbeh İXMnə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqann (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o,təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 5.1,8.,8.2 və 8.3-cü maddələri). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətalarin xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (AR İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alinir (AR İXM-nin 31.2-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqinda işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (AR İXM-nin 53.2-ci maddəsi). AR İXM-nin 105.1-ci maddəsinə görə, bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə Qida X1-Astara regional bölməsinin Qida Təhlükəsizliyinə nəzarəti sektorunun aparıcı məsləhətçisi X15 Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək bildirdi ki, vergi ödəyicisi olan X8 obyektinə planlaşdırılmış yoxlama təyin edilmiş, hazırlıqlı olması barədə yoxlamadan 1 (bir) ay əvvəl ona məktub göndərilmişdir. Lakin yoxlama zamanı 18 yanvar 2024-cü il tarixli LRB-24/0207 nömrəli yoxlama nəticələri üzrə qərarda göstərilən pozuntular aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X9 lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə X8 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin nümayəndəsini dinləyib, şikayəti, ona əlavə edilmiş sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X11 barəsində Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, çörək sexində istehsal olunan çörəklərin markalanmamasına, üzərinə istehsalçı, tərkib və yararlılıq müddətinə dair məlumatların qeyd edilməməsinə, həmçinin işçinin tibbi müayinə kitabçasının, fərdi qoruyucu vasitələrinin mövcud olmamasına görə sahibkar X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin 18 yanvar 2024-cü il tarixli LRB-24/0207 nömrəli yoxlama nəticələri üzrə qərarından görünür ki, vəzifəli şəxsi X11 olan Astara rayonu, Kijəbə qəsəbəsi ünvanında fəaliyyət göstərən Çörək istehsal sexi qida obyektində temperaturun monitorinqi aparılmır, sanitar məişət otaqları mövcud deyil, yuyucu maddələrin saxlanması üçün xüsusi yerlər mövcud deyil, xaricə açılan pəncərələr tor örtüyü ilə təmin edilməyib, obyektdə istifadə olunan 1 (bir) ədəd elektron tərəzi yoxlamadan keçməyib, sexdə emal olunan çörək məhsulları markalanmadan satılır, üzərində istehsalçı, yararlılıq müddəti, tərkib haqqında məlumat qeyd edilmir, daşınmada istifadə olunan “Mersedes" markalı yük avtomobili dezinfeksiya edilmir, sexdə çalışan 1 (bir) nəfər işçinin tibbi müayinə kitabçası mövcud deyil, sexdə çalışan işçi fərdi qoruyucu vasitələrdən istifadə etmir, istehsalda istifadə olunan su filtrasiya edilmir, sexin sanitar qurumla dezinfeksiya müqaviləsi yoxdur, çalışan işçi təyinatı üzrə heç bir təlimdə iştirak etməyib. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün qida obyektində temperaturun monitorinqi aparılmalı, sanitar məişət otaqları, yuyucu maddələrin saxlanması üçün xüsusi yerlər mövcud olmalı, xaricə açılan pəncərələr tor örtüyü ilə təmin edilməli, obyektdə istifadə olunan 1 (bir) ədəd elektron tərəzi yoxlamadan keçməli, sexdə emal olunan çörək məhsulları markalanmalı, üzərində istehsalçı, yararlılıq müddəti, tərkib haqqında məlumat qeyd edilməli, daşınmada istifadə olunan "Mersedes" markalı yük avtomobili dezinfeksiya edilməli, sexdə çalışan 1 (bir) nəfər işçinin tibbi müayinədən keçməsi təmin olunmalı, sexdə çalişan işçi fərdi qoruyucu vasitələrdən istifadə etməli, istehsalda istifadə olunan su filtirasiya edilməli, sexin sanitar qurumla dezinfeksiya müqaviləsi mövcud olmalı, çalışan işçi təyinatı üzrə təlimlərdə iştirak etməlidir. Astara rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2011-ci il tarixli 118 sayli sərəncamından çıxarış sənədindən görünür ki, Astara rayon Kijəbə qəsəbə ərazi nümayəndəliyi üzrə Lovayin kənd sakini X9 mülkiyyətində olan 0,18 ha torpaq sahəsində 30 kv. metr ölçüdə çörək bişirmə sexinin tikintisinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixli 07-Q-00228 nömrəli Azərbaycan Respublikası X3 Qida X6 X7 Reyesterindən şıxarışdan görünür ki, fiziki şəxs X11 qida X6 göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 447.0.3-cü maddəsinə görə, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin həmin maddəsnin qeyd hissəsində nəzərdə tutulur ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.-qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.-bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5.şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin rəisi X5 nömrəli inzibati tənbeh vermə haqqında 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X1-Astara Regional bölməsinin rəisi X5 nömrəli inzibati tənbeh vermə haqqında 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar