Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-52/2024 05.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin nümayəndəsi X2 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdir vəzifəsizni icra edən X4 qəbul etdiyi MN № ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. X8 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X11 bildirdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdür vəzifəsini icra edən X9 08 yanvar 2024-cü il tarixli MN-1438219 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsilə təqsirli bilib 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərar əsasız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən ailəsinin paylı mülkiyyətində olan 0.2655 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları əkib becərilməsi üçün yararlı deyildir. Təngərüd kəndi dağ ərazisində yerləşir. Mülkiyyətində olan torpaq sahəsi dağın aşağı hissəsində yerləşdiyindən ilin bütün fəslində su altında olur. Orada hər hansı məhsul əkib becərmək mümkün deyildir. Bundan başqa iznibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinin tələbləri pozulmuş, iştirakı olmadan işə baxılmış, hüquq və vəzifələrin izah edilməmiş, işin hallan tam, ətraflı və obyektiv araşdırılmamışdır. O, hər hansı İnzbati xəta törətməmiş. Hesab edir ki, əməlində İnzibati xəta hadisəsinin tərkibi yoxdur. Odur ki, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN- 1438219 saylı qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdir vəzifəsizni icra edən X9 tərəfindən qəbul edilən MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır və onun ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin nümayəndəsi X1 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X4 qəbul etdiyi MN № ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdir vəzifəsizni icra edən X9 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXMnin 253.1-ci maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin müdir vəzifəsizni icra edən X9 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli nömrəli, xx.xx.2024cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-52/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-52/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver