Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-533/2024 04.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, X6 katibliyi, Şikayət verən şəxs X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X7 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X5 şikayəti müdafiə edərək göstərdi ki, Astara rayon X2 17 aprel 2024 - cü il tarixdə onun haqqında Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmişdir. Həmin qərarı o, qanunsuz və əsassız hesab etdiyi üçün Astara rayon Məhkəməsinə şikayət edib qərarın ləğv edilməsini tələb etmişdir. Lakin Astara rayon Məhkəməsi 20 may 2024-cü il tarixdə həmin qərara baxaraq şikayətin təmin edilməməsi barədə qərar vermişdir. O, həmin qərarlada razı olmadığı üçün həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasina apellyasiya şikayəti vermişdir. Hal- hazırda həmin şikayət Şirvan Apellyasiya Məhkəməsinin Cinayet Kollegiyasinda icraatdadır. Astara rayon Prokurorluğu onun məhkəməyə şikayət etdiyini bildiyi halda, şikayətinin nəticəsini gözləmədən qərarı icra etməkdən ötrü Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional İdarəsinə göndərmişdir. Həmin qərara baxılması ilə bağlı, müzakirədə iştirak etməkdən ötrü ona məlumat verilmişdir. Bununla əlaqədar olaraq o, həmin qərardan şikayət verdiyini və hal-hazırda işin Şirvan Apellyasiya Məhkəməsinin icraatında olduğunu bildirərək, müzakirənin təxirə salınmasını və məhkəmə qərarinin gözlənilməsini xahiş etmişdir. X17 Müfətişliyinin Lənkəran-Astara Regional İdarəsi onun vəsatətini nəzərə almadan qanunsuz olaraq onun iştirakını təmin etmədən barəsində vəzifəli şəxs kimi 4000 (dörd min) manat cərimə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlat Əmək Müfattisliyi Xidməti Lənkəran -Astara regional Şöbəsinin 05 iyun 2024-cü il tarixli MN No ******* sayli Qərarı qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv olunması haqqında qərar qabul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin nümayəndəsi X8 verdiyi izahatında göstərdi ki, Qəbul olunmuş qərar tamamilə qanuni və əsaslıdır. Ona görə də X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X7 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X1 göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran regional ərazi şöbəsində inzibati xəta haqqında icraat aparılan zaman X3 iştirakı təmin edilməməklə onun izahatı alınmadan qərar qəbul edilib. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X7 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X1 göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X7 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X1 göndərilsin . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-533/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-533/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver