Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-542/2024 08.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində MN № ******* saylı səhv çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, elektron sistemə yerləşdirilmiş cərimənin silinməsi, qərəzli şəkildə ona böhtan atan Sabir adlı şəxsin cəzalandırılması və haqqında qərəzli şəkildə protokol tərtib edib, qərar qəbul etmiş 1 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X8 qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəzalandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində X13 şəhər ərazisinə düşən hissəsində ərazinin təmizlənməsi məqsədilə fəhləliklə məşğul olduğu yerdə balıqqulağını dəniz sahilindən çıxarmamaq şərtilə təmizlədiyi səthə sərmişdir ki, səliqəli görünsün. İşlədiyi vaxtda bu işi görən hal şahidləri də vardır. Həmin ərazidə qanunsuz balıq ovu ilə məşğul olan, qum və balıqqulağı daşıyıb satan Sabir adlı şəxs qərəzli şəkildə ondan şikayət edib. Heç vaxt balıqqulağı daşınması ilə məşğul olmamışdır. Fəhləliklə məşğul olub ailəsini saxlayır, başqa heç bir məşğuliyyəti yoxdur. Barəsində MN № ******* saylı səhv çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, elektron sistemə yerləşdirilmiş cərimənin silinməsi, qərəzli şəkildə ona böhtan atan Sabir adlı şəxsin cəzalandırılması və haqqında qərəzli şəkildə protokol tərtib edib, qərar qəbul etmiş 1 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X8 qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəzalandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayəti qəbul etməyərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuna uyğun tərtib edilib və həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şikayət verən şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X8 MN ******* saylı inzibati tənbeh vermə haqqınada qərarından görünür ki, X5 İXM-nin 228-ci maddəsi ilə təqsirli blinərək 600 (altı yüz) manat cərimə edilmişdir. Məhkəmə X4 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X12 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-542/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-542/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver