Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-546/2024 04.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şikayət verən şəxs X1 və Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X3 iştirakı ilə, X1 Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X3 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X2 məhkəməyə Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X3 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X2 bildirdi ki, yetkinlik yaşına çatmayan dayısı oğlu ilə Astara şəhərinin Mirzə Rəhimov küçəsindəki ona məxsus 83 saylı evin qarşısında hərəkətsiz vəziyyətdə olarkən heç bir əsas olmadan Astara rayon Polis şöbəsinin PPX-nin əməkdaşları ona yaxınlaşıb əsassız olaraq şöbəyə aparılmağına təşviq göstərməklə, yanaşı Astara rayon X6 yol polisi bölməsinin YPX-nin əməkdaşını da, oraya dəvət edərək, ona məxsus “BMW 530i” markali, 90DJ 042 dövlət qeydiyyat nişanlı avtomaşının duracağa yerləşdirməsinə dair göstəriş vermişlər. O, bunun səbəbini soruşduqda, həmçinin buna etirazını bildirdikdə PPX-nin əməkdaşları və YPXnininspektoru X4 yetkinlik yaşına çatmayan dayısı oğlunun yanında uca səslə ona qarşı nalayiq ifadələr işlədərək (küçük), döş qəfəsindən fiziki ağri yetirmişlər, habelə PPX-nin avtomaşınına mindirmişlər. Daha sonra, PPX-ninxidməti avtomaşını ilə aparıldığı şöbənin həyətində olarkən ona məxsus ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşın YPX-nin inspektoru X4 tərəfindən şöbənin həyətyanı sahəsinə gətirildi və duracağa yerləşdirildi. Bundan sonra, heç bir əsas olmadan nəqliyyat vasitəsi duracaqda saxlanılmaqla yanaşı, YPX-nin inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3 və 342.2.2-ci maddələri ilə təqsirli olmağı qeyd edilərək, İXP ******* saylı protokola müvafiq olaraq, barəsində 17 iyun 2024-cü il tarixli,TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Astara rayon X6 yol polisi bölməsinin YPX-nin inspektoru X3 17 iyun 2024-cü il tarixli, TP seriyalı 6556410nömrəli qərarının ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarasını, həmçinin qərarı tərtib edən YPX-nin inspektoru Elmar Ağayevin qanunsuz əməlləri barəsindəisə aidiyyəti orqanlara məlumat verilməsini xahiş etmişdir. Məhkəmədə Astara Rayon Polis Şöbəsinin nümayəndəsi X4 bildirdi ki, X1 ona məxsus “BMW 530i” markali, 90DJ 042 dövlət qeydiyyat nişanlı avtomaşına idarə edən zaman Astara rayon Polis şöbəsinin PPX-nin əməkdaşları 17 iyun 2024-cü il tarixli,TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X2 ona məxsus “BMW 530i” markali, 90DJ 042 dövlət qeydiyyat nişanlı avtomaşının (qluşitel) səs boğucu hissəsinə qaynaq vasitəsi ilə müdaxilə etdirərək, avtomobil hərəkətdə olan zaman gur səs çıxarır. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə tam əməl olunaraq tərtib edildiyindən şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X3 inzibati xəta haqqında iş üzrə 15.1.2024-cü il tarixli MN № ******* saylı qərarından məlum olur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 353.2-ci maddəsinə əsasən 150 (yüz əlli) manat cərimə edilmişdir. İşə əlavə edilmiş Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən təqdim edilmiş video görüntünü özündə əks etdirən diskdə və şəkillərdə X1 ona məxsus “BMW 530i” markali, 90DJ 042 dövlət qeydiyyat nişanlı avtomaşının (qluşitel) səs boğucu hissəsinə qaynaq vasitəsi ilə müdaxilə etdirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X3 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilməsin. Astara Rayon X6 yol polisi bölməsinin Yol Patrul Xidmətinin inspektoru X3 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-546/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-546/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver