Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-546/2025 06.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli, EQ 28325996 saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X1 Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28325996 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X3 şikayətində göstərdi ki, təsadüfən xx.xx.2025-ci il tarixdə qeyrirəsmi mənbədən Astara Rayon DYP tərəfindən cərimələndiyini eşitmiş və məsələni aydınlaşdırmaq üçün xx.xx.2025-ci il tarixində adı çəkilən idarəyə müraciət etmişdir. İdarədə məlum olmuşdur ki, yol hərəkəti qaydalarını pozduğuna görə əməkdaşlar şəkil görüntüləri əsasında onun adına xx.xx.2025-ci il tarixdə EQ 28325996 saylı qərar tərtib etmişlər. Üzünü görmədiyi və əməkdaşın şifahi bildirdiyi qərarla razılaşmasa da, bu idarədə qərarın ona rəsmi şəkildə təqdim edilmədiyi halda, heç bir SMS və ya poçt vasitəsilə xəbərdarlıq edilmədiyini qeyd etmişdir. O bildirir ki, əməkdaşlar nəinki qanuni müddətləri pozmuş, həm də qərarın surətini ona nə təqdim etmiş, nə də göstərmişlər. Qərarın verilməsindən 20 gün keçməsinə baxmayaraq hələ də cavab ala bilmədiyi üçün şəxs xx.xx.2025-ci il tarixində Astara Rayon DYP-yə poçt vasitəsilə şikayət ərizəsi göndərmiş, lakin yenə də cavab almamışdır. Nəticədə, qərarın verildiyi xx.xx.2025-ci il tarixindən düz 29 gün sonra – yalnız xx.xx.2025-ci il tarixində qərar ona göndərilmişdir. Bu da məktubuna heç bir izahat verilmədən, sadəcə gecikmiş formada baş vermişdir. Bu baxımdan hesab edir ki, idarə qanunla müəyyən olunmuş prosedurları kobud şəkildə pozmuşdur. Bundan əlavə, şəxs bildirir ki, cəriməyə əsas olan iki fotoşəklin heç biri hadisəni dəqiq və birmənalı şəkildə əks etdirmir. Həmin şəkillərdə piyadənin hərəkəti, piyadə keçidi, avtomobilin mövqeyi və vəziyyəti aydın görünmür, hər kəs bu şəkillərə əsasən yalnız subyektiv fikir bildirə bilər. Onun sözlərinə görə, qadın piyadə qulağında telefonla, piyadə zolağından kənarda, maşın yoluna çıxaraq özü yol hərəkət təhlükəsi yaratmışdır. Fotoşəkillərdə nə piyadə zolağı tam görünür, nə də hadisə konkret şəkildə əks olunur. Bu səbəbdən, sürücünün qayda pozduğunu sübut edən heç bir birmənalı dəlil yoxdur. Eyni zamanda, o qeyd edir ki, digər maşınların qanunsuz park edərək yolun görünməsinə və piyadə təhlükəsizliyinə maneə yaratması faktı da heç bir formada nəzərə alınmamış və bu avtomobillər barəsində tədbir görülməmişdir. Odur ki, Şəxs qeyd edir ki, dəqiq və birmənalı sübut təqdim ediləcəyi təqdirdə cəriməni ödəməyə hazır olduğunu bildirib, lakin DYP əməkdaşları yalnız iki mübahisəli şəkildən başqa heç bir sübut təqdim edə bilməmişlər. Bütün bu səbəbləri nəzərə alaraq, barəsində tərtib olunmuş EQ 28325996 saylı cərimə qərarının ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28325996 saylı qərarından məlum olur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50 (əlli) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28325996 saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, EQ 28325996 saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-546/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-546/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver