Məhkəmə qərarları › İş №3(018)-558/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-558/2024

26.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-558/2024 26.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs Seyidəmir oğlunun və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Astara rayonun, Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Astara rayonun, Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs Seyidəmir oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Babayev X4 rayon Məhkəməsinin 19 yanvar 2014-cü il tarixli 2(018)-162/2014 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 608,59 manat tutularaq tələbkar Unibank KB ASC-yə ödənilməsi qət edilmiş, 19 yanvar 2015-ci il tarixli 2(018)-164/2015 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 988,12 manat tutularaq tələbkar Unibank KB ASC-yə ödənilməsi qət edilmiş, Astara rayon Məhkəməsinin 16 yanvar 2017cü il tarixli 2(018)-148/2017 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 420 manat tutularaq tələbkar X3 ödənilməsi qət edilmiş, Astara rayon Məhkəməsinin 24 may 2020-ci il tarixli 2(018)-623/2020 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 1248,40 manat tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmiş, Astara rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(018)-448/2023 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 1886,85 manat tutularaq tələbkar ABC TELECOM MMC-yə ödənilməsi qət edilmiş, daha sonra Astara Rayon Notariat Kontorunun 8İ-15587 saylı 02 mart 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən 135 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs Seyidəmir oğlu məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya tərəfindən Şəxs Seyidəmir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Seyidəmir oğlu vermiş olduğu izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 19 yanvar 2014-cü il tarixli 2(018)-162/2014 tarixli, Astara rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli 2(018)-164/2015 tarixli, Astara rayon Məhkəməsinin 16 yanvar 2017-cü il tarixli 2(018)- 148/2017 tarixli, Astara rayon Məhkəməsinin 24 may 2020-ci il tarixli 2(018)-623/2020 tarixli, Astara rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, Astara Rayon Notariat Kontorunun 8İ-15587 saylı 02 mart 2024-cü il tarixli icra qeydlərinin mövcud olmasından xəbərdardır. Lakin daimi iş yeri olmadığı üçün borcları ödəyə bilməmişdir. İmkanı olan kimi borcunu ödəyəcəkdir. Hazırda yaranmış olan borcu ödəyə bilmir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, icra sənədi icraata daxil olduqdan sonra borclu Şəxs Seyidəmir oğlu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu əmək qabiliyyətlidir və bunun əksini təsdiq edən sübut yoxdur. Şəxs Seyidəmir oğlu heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İcra şöbəsinə gəlmədiyindən barəsində axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Odur ki, Şəxs Seyidəmir oğlu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyidəmir oğlu bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyidəmir oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyidəmir oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Seyidəmir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar