Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-561/2023 06.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İran İslam Respublikası vətəndaşı Şəxs Abbasalı oğlunun iştirakı ilə, xx.xx.1983-cü il tarixdə İran İslam Respublikası Astara şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, İran İslam Respublikası ünvan 1 qeydiyyatda olmaqla, yaşayan Şəxs Abbasalı oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Abbasalı oğlu idarə etdiyi “Donqfeng” markalı “74E57310” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına “446934” saylı CMR-ə və 93 nömrəli invoysa əsasən “Çantalar” yükü apararkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 14 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı saxlanılmış və yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Şəxs Abbasalı oğlunun idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı “Donqfeng” markalı “74E57310” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində, sağ tərəfdəki saxlanc yerinin alt hissəsində və yeşiklərdə gizlədilmiş, öncədən gömrük orqanına yazılı, şifahi və ya elektron formada bəyan edilməmiş, üzərində heç bir göstərici olmayan 43 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə,19 ədəd üzərində “Cinnatropin” yazı olan maye halında hazır şpirisdə dərman perparatı, 2 ədəd üzərində “Meletide” yazı olan maye halında hazır şpirisdə dərman perparatı, üzərində heç bir göstərici olmayan 20 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə, üzərində heç bir göstərici olmayan 10 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə, ehtiyat hissələri arasında 1 ədəd şüşə qutuda üzərində heç bir göstərici olmayan 10 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə, üzərində heç bir göstərici olmayan 20 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Abbasalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Abbasalı oğlu izahatında göstərdi ki, o, İran İslam Respublikası ünvan 1 ünvanında yaşayır və sürücü işləyir. O, idarə etdiyi “Donqfeng” markalı “74E57310” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına “446934” saylı CMR-ə və 93 nömrəli invoysa əsasən “Çantalar” yükü apararkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 14 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı saxlanılmış və yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı “Donqfeng” markalı “74E57310” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində, sağ tərəfdəki saxlanc yerinin alt hissəsində və yeşiklərdə gizlədilmiş, öncədən gömrük orqanına yazılı, şifahi və ya elektron formada bəyan edilməmiş, üzərində heç bir göstərici olmayan 43 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə,19 ədəd üzərində “Cinnatropin” yazı olan maye halında hazır şpirisdə dərman perparatı, 2 ədəd üzərində “Meletide” yazı olan maye halında hazır şpirisdə dərman perparatı, üzərində heç bir göstərici olmayan 20 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə, üzərində heç bir göstərici olmayan 10 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə, ehtiyat hissələri arasında 1 ədəd şüşə qutuda üzərində heç bir göstərici olmayan 10 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə, üzərində heç bir göstərici olmayan 20 ədəd şüşə flakonda sarı rəngli nəmalum maddə aşkar edilərək götürülmüşdür. Maddi imkanı aşağı olduğundan barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə protokol üzrə həmin maddənin sanksiyasında nəzərdə tutlmuş müsadirə tənbehinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasalı oğlunın qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli 6/3312, 8/4431 №-li ekspertiza aktından görünür ki, Şəxs Abbasalı oğlundan aşkar edilərək götürülmüş 19 ədəd üzərində “Cinnatropin” yazı olan maye halında hazır şpirisdə dərman perparatı, 2 ədəd üzərində “Meletide” yazı olan maye halında hazır şpirisdə dərman perparatılarını satışı və qiyməti barədə Azərbaycan Respublikası apteklərində məlumat, 100 ədəd şüşə flakonda olan maddələrinm üzrəndə heç bir göstərici olmadığından həmin dərman pereparatlarını qiymətləndirmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasalı oğlunın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasalı oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Abbasalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X1 anbarında saxlanılan Şəxs Abbasalı oğlundan aşkar edilərək götürülmüş 19 ədəd üzərində “Cinnatropin” yazı olan maye halında hazır şpirisdə dərman perparatı, 2 ədəd üzərində “Meletide” yazı olan maye halında hazır şpirisdə dərman perparatıları və üzrəndə heç bir göstərici olmayan, 100 ədəd şüşə flakonda olan maddələr dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-561/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-561/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver