Məhkəmə qərarları › İş №3(018)-562/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-562/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-562/2025 06.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Astara rayon, Vaqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Astara Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Şəxs aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə protokol tərtib edən şəxs Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında göstərmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında torpaq üstündə mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən protokol tərtib edilmiş və baxılması üçün Astara rayon məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Astara rayon Pensər kəndində kirayədə yaşayır. Astara Rayon Məhkəməsinin qətnaməsinə əsasən Astara rayon Vaqo kəndində qeydiyyatda olduğu ünvana getmişdir. Həmin ünvanda yerləşən mənzilin qapısında qıfıl olduğundan qıfılı qırıb içəri daxil olmuşdur. İçəridə olan əşyaları çölə çıxarmışdır. Bu zaman anası ilə aralarında mübahisə baş vermişdir. Baş verən mübahisə zamanı həmin həyətdə yaşayan qardaşının arvadı Zərərçəkmiş şəxs 60-70 metr uzaqdan onları çəkmişdir. Zərərçəkmiş şəxs onların yaxınlığında olmamışdır, ona heç bir xəsarət yetirməmişdir. Özünü təqsirli bilmir və barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 dekabr 2024-cü il tarixdə Şəxs qaynanasının yaşadığı evə hücum edərək, qapıda olan qıfılı qırıb qaynanasının əşyalarını çölə atmışdır. Şəxs həyətə girib ilk öncə tövləyə yaxınlaşıb qapını qırmaq istəyən zaman ona mane olmaq istəmiş, lakin Şəxs ona talış dilində “sənin çənəvi sındıraram” deyə bildirmişdir. Daha sonra Şəxs onun göz nahiyəsindən yumruq vurmuşdur. Qıfılı qırmasın deyə əlini qıfılın üstünə qoyduqda isə çəkiclə onun əlinə vuraraq xəsarət yetirmişdir. Şəxs barəsində ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Astara RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X2 28 yanvar 2025-ci il tarixli qərarından görünür ki, X6 barəsində ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan Astara RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X2 06 iyun 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinyət işi üzrə icraata xitam verilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli 410 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol göz almasına yayılmış qansızma, sol gözaltı-almacıq, sol əlin İİ barmağı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vumaya aiddirlər. İş materiallarından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli T 381/2025 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol göz almasına yayılmış qansızma, sol gözaltı nahiyənin və sol əlin İİ barmağının qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, sol göz almasına yayılmış qansızma xəstəxanaya müraciət edərkən qeyd edilmədiyindən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı, sol gözaltı nahiyənin və sol əlin İİ barmağının qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərarında olan Teleyeva Balanisa Nəvuz qızının izahatından görünür ki, 11 dekabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olan Zərərçəkmiş şəxs mağazaya getdiyini bildirmiş, təxminən 2-3 dəqiqə sonra evin pəncərəsindən həyətə baxan zaman Bəylər Ağayevin həyət qapısını açmasını, Asəfin isə avtomobili həyətə sürməsini görmüşdür. Asəf və Bəylər Ağayevlər, həmçinin qızları Aygün Rzayeva, Gülnayə Fətəliyevanın, Asəfin arvadı Elaza Mahmudovanın həyətə daxil olduqlarını, uca səslə hay-küy salıb Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb-təhqir etdiklərini görmüşdür. Buna görə də həmin şəxslərin bu hərəkətinin qarşısını almaq üçün həyətə düşüb adlarım qeyd etdiyi şəxslərin olduqları yerə getmişdir. O, həmin yerə çatarkən Şəxs tövlənin qapısının kilidini sındırıb içəri daxil olmuş, orada saxladıqları heyvanları çıxarıb küçəyə qovmuşlar. Asəf və X7 Qurbanovam qovub həyətdən çıxarmışlar. O, həmin şəxslərin bu hərəkətinin qarşısını almaq üçün yerdən balaca daş parçası atıb onlara tərəf atmışdır ki, həyətdən çıxıb getsinlər. Lakin, Bəylər Ağayev təpiklə onun belindən bir neçə dəfə vurmuş, qızı Aygün Rzayeva isə onunla əlbəyaxa olub sol əlindən və sol qolundan tutub sıxmış, itələyib onu yerə yıxmışdır. Sonradan Azadə dava-dalaş yerinə qayıdıb Asəf, Bəylər, Gülnayə, Aygün və Elazanın həmin hərəkətlərini mobil telefonla videoya çəkməyə başlamış, o, həmin şəxslərdən həyətdən çıxıb getmələrini tələb etsə də, lakin onları nalayiq ifadələrlə söyüb-təhqir etmişlər. Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək dava-dalaş barədə məlumat verdiyindən Astara rayon polis şöbəsinin əməkdaşları yaşadığı evin həyətinə getmişlər. Həmçinin, Şəxs təcili tibbi yardıma zəng edərək yalandan onun dəli olmağı barədə məlumat verdiyi üçün təcili tibbi yardım avtomobili də oraya gəlmişdir. O və Azadəni həkimlər təcili tibbi yardım avtomobili ilə Astara rayon mərkəzi xəstəxanasına aparmış, digər şəxsləri isə izahatlarının alınması üçün polis əməkdaşları Astara RPŞ-nə gətirmişlər. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin dava-dalaş zamanı yaranmış səsküyü qonşular eşitsələr də, lakin həyətə gəlmədikləri üçün Şəxs Zərərçəkmiş şəxs, Bəylər Ağayev və Aygün Rzayevanın onu döyüb xəsarət yetirmələrini görməmişlər. Bundan başqa, baş vermiş mübahisə və dava-dalaş təxminən 30 dəqiqəyə yaxın vaxt davam etmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Şəxs istintaqa yalan izahat və ifadə vermişdir. Belə ki, həmin dava-dalaş zamanı o və Zərərçəkmiş şəxs Asəfi söyüb-təhqir etməmişlər, dava- dalaş zamanı Şəxs onun başından tutub öpən zaman əlləri ilə başından tutub kənara itələmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs 2 uşağı var. İş materiallarında olan CD diskə keçirilən baxış zamanı məlum oldu ki, Şəxs və onunla gələn deməsinə görə çəkiliş çəkən qardaşı tərəfindən həqiqətən tövlədəki heyvanları çölə çıxarmaları və evdəki əşyaları bayıra atmaları öz təsdiqini tapır. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, xx.xx.2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərarında olan Teleyeva Balanisa Nəvuz qızının izahatlarını, iş materiallarını, CD diski, ekspert rəyini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə məhkəmə iclasında sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. Odur ki, Şəxs həmin xətanın törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsi özünümüdafiyə xarakteri daşıyır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh növündə həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 06 avqust 2025-ci il tarixdən hesablansın Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar