Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-57/2025 24.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “Zəvvar” OT-nin sahə müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 29 dekabr 2024-cü il tarixdə isə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin İdarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmiş və bu səbəbdən toplanmış material baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110-cu maddəsinə əsasən, İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Həmidov X1 rayonu “Zəvvar” Ovçuluq təsərrüfatı adlanan ərazidə qanunsuz ov etdiyinə, ov qaydalarını kobud şəkildə pozduğuna görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən işə Astara Rayon Məhkəməsində baxılmasına dair heç bir vəsatət daxil olmadığından və inzibati xəta Cəlilabad rayonu ərazisində baş verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-57/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-57/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver