Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-570/2025 11.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ 3(018)-570/2025 Astara Rayon Məhkəməsi hakiminin İnzibati xəta haqqında iş üzrə QƏRARİ 11 avqust 2025-ci il Astara şəhəri Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Astara RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: (xxxxxxx), subay, orta təhsilli, işləməyən, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Astara RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən 11 avqust 2025-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olan Şəxs narkotik vasitə istifadəsində şübhəli olduğu üçün Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında tibbi-müayinədən keçirilmişdir. Şəxs sidiyində kannabinoid THC pozitiv aşkar edilmişdir. Məhkəmədə iclasında iştirak edən Astara RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X3 izahatında göstərmişdir ki, barəsində olan araşdırma ilə bağlı Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olan Şəxs Astara RPŞ-ya dəvət olunmuşdur. Astara RPŞ-da olarkən narkotik vasitələrin istifadəsində şübhəli olduğundan Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında tibbi-müayinədən keçirilmişdir. Keçirilmiş müayinə zamanı narkotik vasitələrdən istifadə etməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır. Ad gün tədbiri ilə bağlı birgə yaşadığı xanım ilə Astara rayonuna gəlmişdir. Axşam saatlarında yaşadığı xanım ilə aralarında baş vermiş mübahisə zamanı maşına ayağı ilə zərbələr endirmişdir. Həmin mübahisə ilə bağlı yaşadığı ünvana polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün tibbi-müayinədən keçirilmişdir və narkotik vasitələrdən istifadə etməsi öz təsdiqini tapmışdır. 2 ilə yaxın müdətdir ki, narkotik vasitə marixuanadan mütəmadi olaraq istəfadə edir. Sonuncu dəfə 15 gün bundan öncə istifadə etmişdir. Əməlindən səmimi peşman olmasını, birdaha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafını, Astara RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı X1 məhkəmə iclasında verdikləri izahatlarını və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması yəni qanunsuz olaraq narkotik vasitə marixuana istehlak etməsi tam sübuta yetirilir. İş materiallarında olan 09 avqust 2025-ci il tarixli 001289 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan kannabinoid THC aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 132 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs subaydır. Beləliklə, Şəxs şəxsi istehlak miqdarında narkotik vasitəni qanunsuz olaraq əldə edib istehlak etməsi özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Qanunvericilik: Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs tutulduğu 09 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-570/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-570/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver