Məhkəmə qərarları › İş №3(018)-577/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-577/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-577/2025 21.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi X1 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin nümayəndəsi X4 iştirakı ilə X1 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam vərilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsində bildirmişdir ki, o, Astara rayonu, Şahağacı kəndində yerləşən “Ceyhun”istirahət mərkəzində çalışır. 08 iyul 2025-ci il tarixdə Sualrın İstifadəsinə və X3 Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin əməkdaşları yuxarıda adı çəkilmiş istirahət mərkəzinə gələrək heç bir nöqsan aşkar olunmadan barəsində tərtib olunmuş 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokol və 31 iyul 2025-ci il tarixdə MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir (qərarın surətini xx.xx.2025-ci tarixdə poçt vasitəsilə almışdır). Qeyd etmək istəyir ki, o hər hansı inzibati xəta törətməmişdir, bundan əlavə o vəzifəli şəxs deyil və “Ceyhun” istirahət mərkəzi ona məxsus deyil. Məhkəmə iclasında X8 şikayətdə qeyd olunanlara uyğun izahat verərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin nümayəndəsi X6 izahat verərək hazırda hüquqşunaslarının olmadığına görə səhvə yol verərək inzibatı materialı aidiyyatı üzrə göndərməli olduqları halda qərar qəbul etdiklərini etiraf etmişdir. Məhkəmə şikayətiçinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin nümayəndəsinin izahatlarını, şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2500 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, X7 məxsus VÖEN (**********) “fəaliyyətini dayandırmışdır”. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə dair inzibati xətalar haqqında işlərə Rayon (şəhər) məhkəmələrində baxılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən qərar çıxarmaq səlahiyyəti yoxdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 vəzifəli şəxs statusunda olmasını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Əlavə olaraq X7 məxsus VÖEN (**********) “fəaliyyətini dayandırmışdır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.5 maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki,şikayət qismən təmin edilməli - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran- Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli,işin aidiyyəti üzrə həlli üçün protokol tərtib etmək səlahiyyəti olan orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X8 barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və aidiyyət məsələsinin həlli üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar