Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-581/2025 27.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Astara RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən 06 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Şəxs çimərlik ərazidə məişət texniki və tullantı sularını kənara təyinatsız axıtması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Azərbaycan Respublikası DİN Astara RPŞnə lazımi qaydada məlumat verilsə də, Şəxs və Azərbaycan Respublikası DİN Astara RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Şəxs və Azərbaycan Respublikası DİN Astara RPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 19-cu bəndinə əsasən Məcəllənin 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə) və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X2 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri. 04 iyun 2025-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 iyun 2025-ci il, “Xalq” qəzeti, 5 iyun 2025-ci il, № 116) ilə 19-cu hissədən “229,” rəqəmləri çıxarılmışdır və həmin hissədə “, 253- 1.1.3, 262, 264.0.3 və 264.0.5-ci” sözləri “və 253-1.1.3-cü” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 20-ci bəndinə əsasən Məcəllənin 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından – Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri. 04 iyun 2025-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 iyun 2025-ci il, “Xalq” qəzeti, 5 iyun 2025-ci il, № 116) ilə Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 20-ci və 21-ci hissələr ləğv edilmişdir. Qanunun müddəalarından göründüyü kimi, Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 19 cu hissəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262 ci maddəsi ilə protokol tərtib etmək səlahiyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adına aid edilməmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Astara RPŞ tərəfindən tərtib olunmuş 06 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildiyindən geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Astara Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-581/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-581/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver