Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-589/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələri ilə tərtib olunmuş EQ 13353126 nömrəli, 03 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş EQ 13353126 nömrəli, 03 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edib, inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətində göstərmişdi ki, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ1335312S saylı inzibati təbeh vermə haqqında elektron qərara əsasən AR.İXM-nın 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Həmin cərimədən onun xəbəri olmamış və ödənilməmiş qalmışdır. Barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ13353126 saylı qərar ödənilmədiyinə görə Astara RPŞ tərəfindən AR İXM-nın 529.3-cü maddəsilə İXP5502110 saylı protokol tərtib edilmiş və baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Qeyed etmək istəyirəmki, adı çəkilən qərar ona məxsus deyildir. Qərarda qeyd olunan qanun pozuntusunu yaradan abtomobili o, artıq xx.xx.2022-ci il tarixdəndir ki idarə etmir. Bunu şikayət ərizəsinə əlavə edilmiş öhdəliyə götürülmə barədə müqavilədə təsdiq edir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq xahiş edir ki, barəsində tərtib olnmuş xx.xx.2023-cü il tarixli EQ13353126 saylıinzibati təbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibat işin icraatına xitam verilməsi barədə qərar qəbul edilmənini xahiş edir. İşə baxılmasının yeri və vaxtı barədə X5 və Azərbaycan Respublikası DİN BYPİ-nə məlumat verilsə də, məhkəmə iclasına X6 və Azərbaycan Respublikası DİN BYPİ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, X4 və Azərbaycan Respublikası DİN BYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MAS-5276 № öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X6 "xxxx" MMC qarşısında daxili lizinq müqaviləsinə əsasən götürdüyü bütün öhdəlikləri “X8” Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 1, ev 1, mənzil 70-də qeydiyyatda olan (tel:0124340143tel:**********, **********, **********) X2 ötürmüşdür. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və MAS-5276 nömrəli, 14.11..2022-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X6 daxili lizinq müqaviləsinə əsasən bütün üzərinə düşən öhdəlikləri Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 1, ev 1, mənzil 70də qeydiyyatda olan X3 ötürməsini və bununla əlaqədar xx.xx.2023-cü il tarixldə inzibati xətanın kimin tərəfindən törədilməsinin araşdırılmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası DİN BYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyevin tərəfindən X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 13353126 nömrəli, 03 mart 2023-cü il tarixli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BYPİ-nin Mərkəzi Məlumat Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyevin EQ 13353126 nömrəli, 03 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BYPİ-nin Mərkəzi Məlumat Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-589/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-589/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver