Məhkəmə qərarları › İş №3(018)-589/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-589/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-589/2025 13.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, protokol tərtib edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Astara rayonu, Vaqo kəndi anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN(xxxxxxx), ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara rayon Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli və X4 İTB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiallarda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olan VAZ 2101 markalı, 07BA556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və sürücü Şəxs özünü həyəcanlı apararaq şübhə doğurduğundan həkim müayinəsinə dəvət olunmuş, Lənkəran şəhər Narkoloji xəstəxanasının verdiyi “000838” nömrəli aktına əsasən məlum olmuşdur ki, Şəxs VAZ 2101 markalı, 07BA556 dövlət qeydiyyat nişanlı avtomobili narkotik maddə olan “Marixuana”-nın təsiri altında idarə etmişdir. Həmçinin Şəxs idarə etdiyi avtomobili duracağa yerləşdirilməsi zərurəti olması izah olunarkən o, buna etiraz edərək küçədə uca səslə nalayiq ifadələr işlətməyə və aqqressiv hərəkətlər etməyə başlamışdır. Həmin zaman polis əməkdaşları ona etdiyi hərəkətlərin inzibati qayda pozuntusu olmasını dəfələrlə izah etmələrinə baxmayaraq o, polis əməkdaşlarının fikirlərinə məhəl qoymayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olan VAZ 2101 markalı, 07BA556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs sənədləri təqdim etməyindən imtina etmiş, həmçinin nəqliyyat vasitəsindən düşməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində qardaşının maşınını ilə Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar. Saxlanılan zaman polis əməkdaşları onu qardaşı ilə səhv salıb sürücülük vəsiqəsinin olmamasını bildirmişlər. O sürücülük vəsiqəsinin olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə aralarında mübahisə baş vermişdir və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əlavə olaraq bildirir ki, narkotik maddədən istifadə etmişdir. Etdiyi əməldən peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 133 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 000838 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində kannabinoid aşkar olunmuş və sərxoşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ailəli olmaqla himayəsində 2 uşağı var. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları, onun və şahidin izahatları əsasında sübuta yetirilmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmişdir. Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs şəxsiyyətini, xətanın xarakteri, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İnzibati həbs tənbeh tədbirinin əvvəli tutulduğu 12 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Daha ciddi xətaya görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar