Məhkəmə qərarları › İş №3(018)-6/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-6/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-6/2023 06.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara rayon Məhkəməsinin hakimi İbrahimov X1 rayon polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında MN 1555646, MN ******* saylı protokollar üzrə materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ M : Astara rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Müəyyən olunmuşdur ki, həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş MN 1555646, MN ******* saylı protokollara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü naddəsinə uyğun olaraq eyni vaxtda baxılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsində qeyd edilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol və işin digər materialları səlahiyyəti olan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq düzgün tərtib edilmişdir və natamam deyildir. İşə baxılmasının təxirə salınması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi və ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati xəta haqqında işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İnzibati xəta haqqında iş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.2, 106, 109.1.1, 109.1.2 və 111-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M :  Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(018)-05/2023 və 3(018)- 06/2023 materiallar birləşdirilsin və baxılması üçün 3(018)-05/2023 saylı materialda bir icraata qəbul edilsin.  Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin açıq məhkəmə baxışı Astara rayon Məhkəməsinin binasında 06 yanvar 2023-cü il tarixə, saat 17:30-da təyin edilsin.  Məhkəmə iclası Azərbaycan dilində aparılsın.  İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün məhkəmə iclasına çağırılsınlar.  İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar