Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-600/2023 20.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin Təhqiqat bölməsini rəisi X4, müdafiəçi X5, deməsinə görə Pakistan İslam Respublikasının vətəndaşı X3 və tərcüməçi X7 iştirakı ilə, Deməsinə görə Pakistan İslam Respublikasının vətəndaşı olan X3 barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə Müəyyən etdi : Sərhəd pozucusu kimi saxlanılmış və X13 Respublikasının vətəndaşı kimi təqdim edən X3 oğlunun inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 20 iyul 2023-cü il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X13 Respublikasının vətəndaşı kimi təqdim edən X3 verdiyi izahatında göstərdi ki, o, 06 iyul 1996-cı ildə Pakistan İslam Respublikasının Lahore şəhərində anadan olmuşdur. O, iran İslam Respublikasına 8 gün müddətinə turist kimi gələrək dini yerləri gəzmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində avtomobillə gedən zaman Azərbaycan Respublikasının ərazisini görüb, avtomobili saxlamışdır. Avtomobildən düşüb Azərbaycan Respublikası ilə İran İslam Respublikasının yaxınlığında yer taparaq sürətlə Azərbaycan Respublikası ərazisinə keçmişdir. Nəticədə saxlanılmışıdr. Məhkəmə iclasında çıxış edən müdafiəçi X9 X1 barəsində tutmanın tətnbiq olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə X13 Respublikasının vətəndaşı kimi təqdim edən X1 izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, X1 üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X13 Respublikasının vətəndaşı kimi təqdim edən, deməsinə görə 06 iyul 1996-cı ildə Pakistan İslam Respublikasının Lahore şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının Lahore şəhərində yaşayan X3 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 20 iyul 2023-cü il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-600/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-600/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver