Məhkəmə qərarları › İş №3(018)-602/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-602/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-602/2025 21.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx) orta təhsilli, subay, işləməyən, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 21 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-185/2021 saylı 02 mart 2021 tarixli və Astara Rayon Məhkəməsinin 2(018)-632/2021 nömrəli 06 may 2021-ci il tarixli icra sənədini icra etməkdən yayınmışdır. Məhkəmə iclasında Astara Rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(018)-185/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014- cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X2 və Astara Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(018)-632/2021 nömrəli icra sənədinə əsasən 26 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 30 mart 2010-cu il tarixli 2(018)-148/2010 nömrəli qətnaməsi əsasında tutulan 50 (əlli) manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Şəxs çağırışlara gəlmədiyindən barəsində borclunun axtarılması haqqında qərar çıxarılmışdır. Şəxs barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində icra vərəqələrinin olmasından xəbərdardır, bundan sonra aliment borcunu ödəyəcəyinə söz verir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(018)- 185/2021 saylı icra vərəqəsindən görünür ki, 23 iyul 2011-ci il təvəllüdlü X6 və 25 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 noyabr 2020-ci il tarixdən başlayaraq Şəxs hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət etdilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(018)- 632/2021 saylı icra vərəqəsindən görünür ki, 26 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 30 mart 2010-cu il tarixli 2(018)-148/2010 nömrəli qətnaməsi əsasında tutulan 50 (əlli) manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 02 mart 2021-ci il tarixli 2(018)-185/2021 nömrəli icra sənədlərində göstərilən tələbi dərhal icra etməyiniz tələb olunur. İcra tələbini üzrsüz səbəbdən icra etməsəniz, icra məcburi qaydada təmin ediləcək, həmçinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sizdən tutulacaqdır deyə bildirilmişdir. İş materialalrında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 06 may 2021-ci il tarixli 2(018)-632/2021 nömrəli icra sənədlərində göstərilən tələbi dərhal icra etməyiniz tələb olunur. İcra tələbini üzrsüz səbəbdən icra etməsəniz, icra məcburi qaydada təmin ediləcək, həmçinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sizdən tutulacaqdır deyə bildirilmişdir. İş materiallarında olan Astara Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Astara rayon İcra və Probasiya şöbəsinin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs nun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli, yəni icra sənədini icra etməməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Buna görə də hesab edirəm ki, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar