Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-604/2024 15.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi ilə, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx xxxx 1998-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Astara RPŞ-ya dəvət edən zaman polis işçilərinin ictimai qaydanı mühavizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 05:00 radələrində Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkillə polis leytenantı Elsevər Rəhimov, Astara RPŞ-nin DYP-nin rəisi, polis kapitanı Mirxas Təhməzov və Astara RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Rail Rəhimovla birlikdə “Astara rayonun, Ərçivan qəsəbə sakini X2 xəsarət yetirilməsi hadisəsi ilə əlaqədar olaraq Astara rayonun, Ərçivan qəsəbə sakini Şəxs Astara RPŞ-yə dəvət edərkən sonuncu etdiyi hərəkətləri səmimi olaraq qəbul etməyərək uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə riayət etməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 15 iyul 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş,həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X6 vermiş olduğu izahatında göstərdi ki, 15 iyul 2024-cü il tarixdə, saat 05:00 radələrində Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkillə polis leytenantı Elsevər Rəhimov, Astara RPŞ-nin DYP-nin rəisi, polis kapitanı Mirxas Təhməzov və Astara RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Rail Rəhimovla birlikdə “Astara rayonun, Ərçivan qəsəbə sakini X2 xəsarət yetirilməsi hadisəsi ilə əlaqədar olaraq Astara rayonun, Ərçivan qəsəbə sakini Şəxs Astara RPŞ-yə dəvət edərkən sonuncu etdiyi hərəkətləri səmimi olaraq qəbul etməyərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə riayət etməmişdir. Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq o, daha da aqressivləşərək polisin ünvanına qeyri-etik ifadələr işlətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 15 iyul 2024-cü il tarixdə, saat 05:00 radələrində barəsində araşdırma ilə bağlı izahatının alınmasından ötrü Astara RPŞ-yə dəvət olunmuşdur. Şöbəyə dəvət olunmasına etiraz edib, əsəbləşib səs-küy etməyə başlamışdır. Həmin zaman polis əməkdaşları etdiyi hərəkətin inzibati xəta olmasını bildirərək onu nizam intizama dəvət etsələr də həmin vaxt əsəbi olduğundan onlara qarşı tabesizlik göstərmişdir. Daha sonra etdiyi hərəkətdən peşman olmuşdur. Bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkillə polis leytenantı X4 və Astara RPŞ-nin DYP-nin rəisi polis kapitanı X1 ilə eyni məzmunlu ifadə verdi. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X6 tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 05:00 radələrində Astara rayonun, Ərçivan qəsəbəsində polis əməkdaşlarına qarşı kobudluq etmiş, polis əməkdaşlarının onu nizam intizama dəvət etməsinə məhəl qoymayaraq qanunazidd əməllərinə davam etdiyinə görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 iyul 2024-cü il tarixli 124 saylı protokoldan görünür ki, Şəxs 15 iyul 2024-cü il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 15 iyul 2024-cü il tarixdən, saat 05:00dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-604/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-604/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver