Məhkəmə qərarları › İş №3(018)-606/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-606/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-606/2024 30.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş YQ 22328297 saylı inzibati protokolun ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Astara Rayon Məhkəməsinə X1 ünvanladığı şikayətdən görünür ki, o, Bakı şəhər Binəqədi rayon Baksol yolu istiqamətində xx.xx.2024-cü il tarixdə saat 09:24 radələrində Astara rayonuna qayıdarkən ona məxsus Mercedes Benz E 220 CDİ minik markalı 90UY907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə YQ 22328297 nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci bəndindən 40 cərimə yazılıb. Onun mobil telefonuna 23:22 radələrində sms gələrək guya o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərədə tutulmuş, inzibati xətanı törətmiş, yol hərəkəti qaydalarını pozmuşdur. Bu protokol ona qarşı qərəzli şəkildə yazılıb. Buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən barəsində tərtib edilmiş YQ 22328297 saylı inzibati protokolun ləğv edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin DYPİ-nə və X2 məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin DYPİ-nin nümayəndəsi və X3 məhkəmə iclasında iştirak etməmişlər, habelə işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə şikayətə Azərbaycan Respublikası DİN-nin DYPİnin nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində tərtib edilmiş YQ 22328297 saylı inzibati protokolun ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində tərtib edilmiş YQ 22328297 saylı inzibati protokolun ləğv edilməsi barədə şikayətinin təmin edilməməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X1 barəsində tərtib edilmiş YQ 22328297 saylı inzibati protokolun ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar