Məhkəmə qərarları › İş №3(018)-610/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-610/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-610/2025 03.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN (xxxxxxx), evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs X4 xidməti Lənkəran-Astara regional şöbəsinin ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən 19 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu X4 xidməti Lənkəran-Astara regional şöbəsinin 3000 manat inzibati cəriməni ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi 19 avqust 2025-ci il tarixli MN ******* inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, borcludan icra sənədinin icrası ilə bağlı inzibati cərimənin ödənilməsi dəfələrlə tələb edilsə də, cəriməni ödəməmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbi icra etməkdən yayınaraq barəsində tətbiq edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, qərarın qanuni qüvvəyə minməsindən keçən bu müddət ərzində ona cəriməni ödəməsi üçün yetərincə vaxt verilməsinə və cərimənin ödənilməsi dəfələrlə tələb olunmasına baxmayaraq, o, həmin qərarı maddi vəziyyəti aşağı olduğundan icra edə bilməmişdir. Belə ki, o, hal-hazırda heç bir yerdə işləmir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 27 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 154.7-ci maddəsinə əsasən, ictimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır. Həmin Məcəllənin 154.8-ci maddəsinə əsasən, ictimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1, 154, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində olan ictimai işlər növündə inzibati tənbehin müddəti həmin təhbeh tədbirinin faktiki icrasına başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar